Gönderi

10/10
·208 syf.··
Beğendi
·
2020 4. kitabı
John Boyne . Zolaqlı Pijamalı Oğlan 🖇 İlk öncə onu deyim ki, bu kitabın təsiri hələ məndə çox qalacaq. Çünki dünya yaranandan müharibələr başlayıb və 21-ci əsrdə belə bu virusdan dünya xilas ola bilmir. Müharibə aclıqdan, səfalətdən, ölümdən, ayrılıqdan başqa nə verir axı insanlara? Nəyə görə, kimə görə lazımdır əsrlər boyu bu zülm? Hansı biriniz dünyanı özünüzlə apardınız? Müharibə mövzusunda bir neçə kitab oxumuşam hər birinin mənim üçün öz yeri var. Amma bu əsərin təsiri inanmıram ki, o kitablar qədər olsun. Çünki uşaqlar uşaqlığını yaşamalıdır. Oyunlar oynamaq əvəzinə, sevinmək, gülmək, əylənmək əvəzinə silahların, bombaların səsindən qaçmamalı, ölüm qorxusu ilə yaşamamalıdır. Ona görə də bu mövzu mənə görə həssas və toxunan mövzudur. 🖇 Mövzusu; 9 yaşlı Brunonun atası Hitlerin necə deyərlər gözdə əsgərlərindəndir. Atasına Hitler tərəfindən yüksək vəzifə verilməsi səbəbi ilə ailə Berlindən Polşaya Auştvitsə köçür. Bir müddət uşaqlar yeni evlərinə, yeni mühitə öyrəşə bilmirlər. Lakin bir az vaxt keçəndən sonra balaca kəşfçimiz öz otağının pəncərəsindən uzaqda düşərgə, orada da çoxlu uşaqlar görür. Sıxıntıdan təklikdən bezən Bruno dostları üçün darıxır, oynamağa heç kim olmur. Lakin bir gün düşərgəyə getməyi qərara alır və evdən gizlin çıxır. Hasarların yanına çatanda öz yaşıdında balaca oğlanı görür. Bu Şmuel idi. Yəhudi. Ac saxlanılan, səbəbsiz yerə döyülən, işgəncələr görən balaca yəhudi Şmuel. Onların dostluğu beləcə başlayır. Bruno evdən hər gün ona yemək aparır, artıq o darıxmır yeni dostu ilə vaxtını keçirirdi. Bu saf, yalansız dostluq 1 il davam edir. Amma bir gün Brunonun anası artıq baş verən dəhşətlərə dözmədiyini bildirir və Berlinə qayıtmaq istəyir. Bəs qayıtmaü mümkün olurmu? Əvvəlki xoş günlərə qayıda bilirlərmi? Digər personajlardan Kotlerə nifrət elədim! Paveli döyməsi, Şmuelə vəhşi kimi davranması... kitabı bitirdikdən sonra filminə baxdım. Kitabdan aldığım təsiri ala bilməsəm də Pavel səhnələri çox toxundu. Nədənsə o an əsirlikdə olan Dilqəm düşdü yadıma(( bilmirəm niyə belə oldu
1000Kitap
Çizgili Pijamalı ÇocukJohn Boyne · Tudem Yayınları · 202150,6bin okunma
·
41 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.