Gönderi

9/10
·712 syf.··
Beğendi
·
2020 2. kitabı
Bəzi kitablar var ki, oxuyub bitirəndən sonra başa düşmək çətin olur ağzın açıq qalır “mən nə oxudum deyirsən”. 3-4 gün keçir hə görürsən ki, yavaş yavaş hər şey beyninə oturur. “İdiot” mənim üçün belə əsərlərdən oldu. Nəysə xoşunuza gəlməsə yazımda sizdən üzr istəyirəm. Çünki bir az çətinlik çəkirəm Ədəbiyyat sevərlər bilir ki, Dostoyevski möhtəşəm yazardı. O, əsərlərini o qədər incəliklə, məharətlə qələmə alıb ki, hər səhifəsi insanda dərin izlər buraxır. Cümlələri toxunur, düşündürür, hiss edirsən. İlk oxuduğum “Cinayət və Cəza” romanından sonra qərara gəldim ki, bu dəfə “İdiotu” oxuyum. Romanın axıcılığı öz yerində, ancaq məni yormadı deyil. Bəzi yerlər, təsvirlər çox uzadılmışdı. Buna baxmayaraq ümumi götürsəm “Cinayət və Cəza” romanı qədər də olmasa da, bu əsəri də sevdim. İlk bitirən kimi də bu düşüncədə olmadım. Kitabı bir-iki gün öz-özümə düşünəndən sonra, götür-qoy edəndən sonra belə desək tam oturdu beynimə. Keçək əsas məsələyə. “İdiot” həm də sevgi romanıdır. Kitab haqqında onu deyə bilərəm ki, Dostoyevski bu əsərdə insanın daxilini, cəmiyyətin problemlərini,ve sinif ayrımcılığını oxucuya çatdırır. Ağır roman olduğuna görə psixoloji təsiri çoxdur. Mışkın keçirdiyi xəstəliyə görə ətrafındakı hər kəs onu “idiot”, “sarsaq” adlandırır. Amma və lakin mənim fikrimcə bu əsərdə Mışkindən başqa hər kəs “idiotdur”. Çünki bu qədər dürüst, saf, insanların ona qarşı etdiyi pis hərəkəti belə bağışlayan biri “sarsaq” ola bilməz. Nə gəlirsə başına öz sadəlövlüyündən və səhv sevgisi ucbatından gəlir. Başqa bir obraz da var ki, bu romanda o da Roqojindir. Roqojinin Mişkini özünə az qala düşmən etməsinə səbəb olan qadın isə Nastasiya Flippovnadır. Nastasiya o qədər gözəl qadın olur ki, Mışkin onu görmədən şəklinə vurulur. Amma bu sevgi şəfqətdən gələn sevgi yoxsa saf və təmiz duyğulardan yaranan sevgi idi? Çünki Mışkin həm də generalın qızı Aqlayanı sevirdi. Amma hər iki qadın Mışkini incidirdi öz sevgiləri ilə. Bəzən bir insanı sevərsən, ancaq sevgidən daha çox ona əziyyət verməyi sevərsən. Ona görə də hər iki qadın məndə yaxşı hisslər yaratmadı. Bəs bir insan ürəyində iki sevgi daşıya bilərmi? Mən də belə düşünürəm. Amma sonlara yaxın suallarıma cavab tapdım və həqiqətən sonluq məni həm təəccübləndirdi, həm də hiddətləndirdi. Ona görə də Knyaza çox əsəbləşdim. Çünki Knyaz həmişə özünü görməzdən gəlib, ilk öncə özgələr idi onunçün. Bu da onu sonunu yaxşı gətirmədi. Hələ sonlara yaxın əlacım olsaydı onu bir qaşıq suda boğardım. Öz-özümə “özünü bilə bilə bu qədər oda atmaq olmaz axı” demişdim. Amma son məni bitirdi(( çünki yaxşı insanlar çox vaxt öz səhflərinin cəzasını ağır çəkir. Knyazın aldığı psixoloji travması bəlkə də onun ömrünün sonuna kimi həyatında ağır yaralar açacaqdı. Eyni zamanda əsərdə digər obrazlar da var ki, onları da oxusanız sevəcəksiz. Həm də əsərə maraq qatıblar. Dostoyevski Knyazın surətində ideal insanı canlandırıb və sevdirib. Məncə Dostotüvski bu əsərdə bildirmək istəyib ki, cəmiyyət yaxshi olani, durustlüyü goture bilmir, bu, hemişə olub, olacaq da. Ona gore de o insanlar “idiot” olur. Ne desen var idi kitabda sevgi, dostluq, agri, yaltaqliq, pul qarshiliginda az qala menliyini satmaq, edaletsizlik, qorxu... Dostoyevski əgər oxumamısınızsa mütləq oxuyun. Çünki fikirlərinizə, həyatınıza, düşüncənizə çox şey qatacaq.
Edebiyat
İdiotFyodor Dostoyevski · Qanun · 201331,5bin okunma
·
132 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.