Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

208 syf.
·
Puan vermedi
·
Beğendi
Holden Pensi adlı məktəbdən qovulur. Bundan əvvəldə bir neçə məktəbdən qovulub. Məktəbdən evlərinə məktub gedib çatana qədər ailəsinin qarşısına çıxmaq istəməyən Holdenin yeni il qabağı başından keçənləri, düşüncələrini oxuyuruq. Yeniyetmə Holden arqo ifadələr işlədir, siqaret çəkir. Saxtakarlıq və riyakarlıqdan xoşlanmayan Holden bundandır ki, yalnız saflıq mücəssəməsi olan bacısı Fibini çox sevir. Mərkəzi parkdakı göl donanda ördəklərin halının nə olacağını düşünür. 1951 - ci ildə nəşr olunan kitabın bir neçə cinayətlə əlaqəsi var. Altmışıncı illərin ən böyük və önəmli sənətçilərində Con Lennonu qətlə yetirən fanatı Mark Çepmen gəncliyində kitabı oxuyur və Holdendən çox təsirlənir. Çepmenin heç vaxt həyatı asan keçməyib. Bir neçə dəfə depressiyaya düşən Çepmen son depressiyasında kitabı təkrar oxuyub o qədər çox bəyənir ki, adını Holden Kolfild olaraq dəyişdirmək istəyir. Lennonu beş dəfə atəş açaraq qətlə yetirən Çepmen işlədiyi cinayətdən sonra qaçmaq yerinə kitabı vərəqləyir. Çepmen deyir ki, qətli kitabda verilən mesajlara görə törədib. Yazıçının yeganə romanı olan "Çovdarlıqda Uçurumdan Qoruyan" təqvimlər 1981 - ci ili göstərəndə eyni anda ABŞ da ən çox qadağan olunan və məktəblərdə ən oxudulan ikinci kitab idi. Kommunizmlə əlaqəsi olduğu üçündə qadağan edilib. Selincer kitabı əsasında film çəkilməsini qadağan edib. Çünki Holden rolunu oynamaq yaşını keçmişdir. Holden Selincerin özüdür. Tənhalığa çəkilən yazıçı Selincer kimi Holdendə yalnız qalmaq istəyir. Bu kitabı ya çox bəyəncəksiz ya da heç xoşunuza gəlməyəcək. Orta yeri yoxdur. Mən çox sevdim.
Çovdarlıqda Uçurumdan Qoruyan
Çovdarlıqda Uçurumdan QoruyanJ. D. Salinger · Qanun Nəşriyyatı · 201559,1bin okunma
·
29 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.