Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Xəlil Cübranın qələmini sevirəm. Bu kitab yazıçıdan oxuduğum dördüncü kitab oldu və oxuduğum digər kitablarından fərqlənirdi. Müəyyən bir süjet əsasında yazılmamışdı, kitabda Xəlil Cübranın bəzi şeirləri və aforizmləri yer alırdı. Bəzən ağlında dolanan, amma cümlələrə tökə bilmədiyin sözlər olur, hansı ki həmin sözləri hər hansısa bir filmi izləyəndə və ya kitabı oxuyanda tapırsan və istəmədən tanış bir şeylə rastlaşmış kimi təbəssüm edirsən. Bu kitabı oxuyarkən bu hissi bir çox dəfə yaşadım. Nəticə olaraq, çox bəyəndim kitabı. Bir oturuşda bitə biləcək rahat kitabdır. Və, məncə, bu kitab yazıçının kitablarını oxumağa başlamaq üçün də idealdır.
Kum ve Köpük
Kum ve KöpükHalil Cibran · Avrupa Yakası Yayınları · 201312,9bin okunma
·
14 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.