Kitabı oxumağa çox böyük önyargı ilə başladım. Çünki kitab haqqındaki geri dönüşlər yazarın ilk iki kitabı ilə müqayisədə çox ürəkaçan deyildi. Aylarla kitabı rəfdə saxlamışdım, nəhayət oxumağa başladım.
Əslində kitab haqqında mənfi rəylərin nədən qaynaqlandığını anladım. Kitabda bir qədər çox obrazlar təsvir olunmuş, həyat hekayələri qələmə alınmışdı. Amma, tam əksinə olaraq, mənə kitabı maraqlı edən əsas səbəblərdən biri də bu oldu. Bir hekayədə yer alan hər obrazın həyatlarını, həyatlarının bir nöqtəsində onları bir araya gətirən hadisəni fərqli obrazların dilindən oxumaq olduqca maraqlı idi. Kitabın bəyənmədiyim tərəfi Qulam adlı obrazın həyat hekayəsinin gözləmədiyim yerdə kəsilməsi oldu. Kitabın sonlarında bu hekayənin sonu olacağına ümid eliyirdim, ancaq həmin sonu tapa bilmədim.
Kitabın mövzusu haqqında danışmaq lazımdısa, qeyd edim ki, Abdulla və bacısı Pəri bir-birinə çox bağlıdır. Amma bir gün onlar ayrılır. Abdulla ömrü boyu bunun acısını yaşayır. Bacısı Pəri isə balaca olduğu üçün artıq bəzi şeyləri xatırlamır. Sadəcə bəzi şeylərin yoxluğunu qəlbinin dərinliklərində hiss edir. Digər tərəfdən həyatlarının bir yerində bu hadisənin içində olan, Süleyman Vəhdəti, Nila Vəhdəti, Nəbi, həkim Markos Varvaris, İqbal, Adil, Qulam kimi digər obrazların həyatları və bu faciə ilə əlaqələri təsvir olunmuşdur.
Xoş oxumalar :)
Ve Dağlardan Səda GəldiKhaled Hosseini