Gönderi

— Quzum, yavrum! Adın nədir? — Gülbahar. — Pəki, sənin anan, baban varmı? — Var. — Nasıl, zənginmidir baban? — Əvət, zəngin, bəyzadə... — Öylə isə, geydiyin geyim neçin böylə sadə? Yoxmu sənin incilərin, altun bilərziklərin? Söylə, yavrum! Heç sıxılma... — Var əfəndim, var... lakin Müəlliməm hər gün söylər, onların yox qiyməti, Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti. — Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin Kimdir, quzum, söylərmisən? — Ən çox sevdiyim ilkin O Allah ki, yeri-göyü, insanları xəlq eylər. — Sonra kimlər? — Sonra onun göndərdiyi elçilər. — Başqa sevdiklərin nasıl, yoxmu? — Var... — Kimdir onlar? Anam, babam, müəlliməm, bir də bütün insanlar...
··
16 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.