Gönderi

10/10
·96 syf.··
Beğendi
·
2020 20. kitabı
·
4 saatte okudu
·
Okunma: 24 Haziran 2020 00:12
"Ölülər rahat idi.Əsl dirilməli olanlar "yaşayanlar" idi. Bu dəfə paylaşacağım kitab Azərbaycan dramaturqu, cəhalətlə olan mübarizədə böyük və əvəzsiz rolu olan Cəlil Məmmədquluzadənin "Ölülər" pyesidir. Kiçik həcmli bu əsərdə çox önəmli mesajlar əks olunur hansı ki, o problemlər indiki dövrümüzdə də öz aktuallığını qoruyur. "Ölülər" pyesindsəki obrazlar cəhalət içində yaşayan insanlar, bu cəhalətdən istifadə edən Şeyx Nəsrullah və onun köməkçisi və bütün bunlara çıxan Kefli İsgəndərdən ibarətdir. Şeyx Nəsrullah insanların avamlığından və cahilliyindən istifadə edərək din adı altında insanları aldadıb, az yaşlı qızları istismar edir. Əsər də qadınlara olan münasibət, onların fikirləri də dövrə uyğun olaraq əks etdirilib. Az yaşlı qızların əşya kimi istifadə olunması buna ən böyük nümunədir. Bügun də din adı altında insanların cahilliyindən istifadə edənlər heç də az deyil. Ona görə də oxumaq və öyrənmək hər bir insanın həyatdakı ilk məqsədi olmalıdır məncə "Ölülər!" Və bizdən sonra gələnlər illər uzunu sizi yada salıb bir səslə deyəcəklər. "Ölülər"....
1000Kitap
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,272 okunma
·
80 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.