Gönderi

Psixoloqlar deyir ki, heç kəsə fikir vermə, rahat yaşa. Siyasətçilər deyir ki, bayraq və himn hər şeydən müqəddəsdir. Dindarlar deyir ki, görmədiyinə inan. Alimlər deyir ki, görmədiyinə inanma. Millətçilər deyir ki, bizim millətin birləşməsi uğrunda ölmək lazımdır. Həkimlər deyir ki, hər şeydən əvvəl sağlamlığınızı düşünün. Lamalar deyir ki, Tibetdən başqa bütün dünya səhv yoldadır. MTV deyir ki, yaşa və yaşamaqdan ləzzət al. Dərvişlər deyir ki, ən böyük ləzzət bütün ləzzətlərdən əl çəkəndə gəlir. Adi insanlar deyir ki, ailə səadəti xoşbəxtlikdir. Tarixçilər deyir ki, bədbəxt ol, amma tarixə düş. Xeyriyyəçilər deyir ki, ömrün boyu başqalarına kömək elə. Eqoistlər deyir ki, ancaq özünü düşün. Hippilər deyir ki, narkoman ol, həyatın dadı bundadır. Vegetarianlar deyir ki, başqa canlıları öldürmə. Şairlər deyir ki, səhər açılanda günəşin çıxmasına bax. Astroloqlar deyir ki, günəş közərmiş ulduzdur, burda qeyri-adi heç nə yoxdur. İngiltərə kraliçası deyir ki, siqareti alışqanla yox, kibritlə yandırın. Diana deyirdi ki, necə istəyirsiniz elə də yandırın. Kürdlər deyir ki, azad olmaq istəyirik. Türklər deyir ki, kürdlər qələt eləyir. Ben Laden deyir ki, Amerika qələt eləyir. Amerika deyir ki, İran qələt eləyir. İran deyir ki, İsrail qələt eləyir. İsrail deyir ki, hamınız qələt eləyirsiz.
··
462 views
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.