Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

264 syf.
9/10 puan verdi
·
5 günde okudu
#13 səbəb Kitab yazarın, Jay Ahser’in ilk kitabıdır. İlk olmağına baxmayaraq yazıçı üçün olduqca uğurlu bir kitab olmuşdur. Kitabın yazı dili olduqca axıcıdır. Əgər işlərinizin az olduğu bir gündə oxusaz elə həmin gün bitirə bilərsiz. Kitabda gənc qızın intiharına səbəb olan amilləri qızın öz dilindən eşidir, onun gözlərindən görürük. Hanna Bayker, həmin qız və əsərin baş roludur. Hanna intiharına səbəb olan 13 hadisəni 7 kasetdə birləşdirərək səs yazısı olaraq lentə almışdır. Bu səbəblərdən biri də Kley Censedir. Kasetlərin ilk öncə ona səhvən gəldiyi və özünün heç bir günahının olmadığını düşünən Kley həm öz günahının, həm də Hannanın intihar səbəbinin nə olduğunu bilmək üçün kasetlərə bir-bir qulaq asmalı olur. Və kasetlərə qulaq asdıqca vaxtilə tanıdığı, “yaxşı insan” olaraq bildiyi adamların gerçək üzlərini, əslində necə birisi olduqlarını anlayır. Lakin, həmin şəxlərin bəziləri üçün bu hadisələr, etdikləri hərəkətlər intihara səbəb olacaq səviyyədə deyildi. Onlar anlaya bilmirdilər ki, həyatla bağlarını yavaş-yavaş qoparan bir qızcığaz üçün o hərəkətlər adi, “cüzi” hərəkətlər deyil. Bu kitab haqqında rəy bildirən bəzi məşhurlar və s.(həmin şəxlərin adları və rəyləri kitabın əvvəlində verilib) kitabı “ərgən” yəni yeniyetmə kitabı adlandırsa da mən heç də belə düşünmürəm. Kitab yeniyetmələrlə yanaşı valideynlərin də oxumalı olduğu bir kitabdır mənə görə. Bu kitabla artıq intihar etmək istəyən insanı o saniyə anlayacaqsız demirəm. Amma anlamağınız üçün müəyyən rol oynayacaqdır.
13 Səbəb
13 SəbəbJay Asher · Yay Nəşriyyatı · 20183,623 okunma
·
36 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.