Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

171 syf.
6/10 puan verdi
·
32 saatte okudu
İnsanın valideyninin xərçəng olduğunu öyrənmək çox ağırdır.Bunu uşaqlıqda yaşayanda uşaq düşüncələrimlə ağırlığını hiss etməmişdim.Ancaq illər keçəndə sanki dünən yaşamısan kimi xatırlayırsan keçən günləri. Andres həkimdir,anasını uşaqlıqda itirib,atası onu tək böyüdüb.Atası 60 yaşlarının sonunda xərçəng xəstəliyinə tutulur.Xəstəliyin daim xəstəyə deyilməsini müdafiə edən Andres mövzu atası olanda çarəsizləşir. Sadəcə bir neçə ay ömrün qalacaq birinə bunu demək necə ağırdır.Yadımdadır ki,səhv bir diaqnoz nəticəsində anam da sadəcə bir neçə aylıq ömrü qalacağının xəbərini alırdı.Tökülən saçlarını kədərlə yığmaq məcburiyyətində qalırdı.Əslində insanlar düşünür ki,gənc yaşda ölməklə,daha yetkin yaşda ölmək arasında böyük fərq var.Öləcəyini bilə-bilə yaşayan tək canlı insandır.Bir çoxumuz bunu bildiyimiz halda,yaşamaq üçün bunu unuduruq.Son günə qədər sanki bir qüvvə bizi ölümsüz edəcəkmiş kimi ümid içində oluruq.Yunanlıların da elə ən qorxudu şey ümid imiş.Necə haqlıdırlar. Bir neçə ay sonra öləcəyini bilən biri nə edər? Bu sual bir çox insana mütləq ki verilib.Tətilə çıxardım,sevdiklərimin yanında olardım və s. Cavabları çox eşitmişəm. Bu sualı cavabı yenə də yaşla bağlıdır.Düşünürəm ki,insan öləcəyini unutmadan yaşamalıdır,varla yox arasında qalaraq.Biz varıq,ama biz təkistifadəlik varlıqlarıq.Bir varıq,sabah yoxuq.Zaman deyəndə də yadıma İn time filmi gələr,çünki zamanı ən yaxşı ifadə edən film odur. Kitabı ümumilikdə bəyənmədim.Ədəbi gücü olduqca zəifdir,oxunarmı? Düşünürəm ki,mütləq hərkəsin oxuması mütləq kitablardan deyil.Yazı xətaları da olduqca çox idi. Hal hazırda iqtisadi çöküş olan Venezuelada baş verir hadisələr.Kitabın sonlarına doğru Andres və atasının söhbətlərində bu çöküş barədə də fikirlər var.Kitab 2000'lərin əvvəlində baş versə də,iqtisadi çöküşün təməlləri görünür. Yazıçı ədəbiyyat üzrə akademik olduğu üçün qeyri-ixtiyarı hər oxucu mənim kimi böyük ədəbi vurğunluq yaşayacağını düşünürək başlayır.Gözləntisiz başlasanız,bəyənə də bilərsiniz
Babam Giderken
Babam GiderkenAlberto Barrera Tyszka · Kafka Kitap · 2018122 okunma
·
43 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.