Gönderi

464 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 22 days
Bir uşaq, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişdirə bilər.
Təhsil uğrunda mübarizəsinə görə Taliban tərəfindən güllələnən Məlalənin hekayəsi.. Kitab ədalətsizliklə üzləşmiş və susdurulmuş bütün qızlara ithaf olunub. Bir olsaq səsimiz duyular. Məlalə : " Mən oğulun doğulmasını tüfəngdən atəş açaraq qeyd edən, qızların isə pərdə arxasında gizlədildiyi, onların həyatdakı rolunun, sadəcə, yemək bişirib dünyaya uşaq gətirməkdən ibarət olduğu yerdə göz açmışdım. Bura Pakistandır. " Gizlənqaç " və" oğru-polis" yerinə, uşaqlar indi " Ordu Talibana qarşı" oynayırdılar. Onlar ağac budaqlarından raketlər düzəldir, çubuqlardan "Kalaşnikov" avtomatı kimi istifadə edirdilər. Teror onlar üçün oyuna çevrilmişdi. Taliban çox zalımdır. Onlar onun təbəssümünü oğurladılar. - Adam başqa birinə gözünü, ya da ağciyərini verə bilər, amma onun təbəssümünü geri qaytara bilməz. Atam həmişə deyərdi ki, səhər çağı kəndin ən gözəl mənzərəsi formasını geyib məktəbə gedən uşaqlardır, lakin indi forma geyinməyə qorxurduq.
Məlalə Mənəm
Məlalə MənəmMalala Yusufzay · Parlaq İmzalar · 03,028 okunma
·
13 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.