Gönderi

10/10
·376 syf.··
Beğendi
·
2020 21. kitabı
·
15 günde okudu
·
Okunma: 14 Temmuz 2020 17:00
"Əsl sevgi isə intihar kimidir. Sən öz "mən"ini öldürməyə və "biz" kimi dirilməyə razılaşırsan". Bu dəfə Qaraqanın son kitabı olan "Art və Xaos" haqqında fikirlərimi bölüşmək istəyirəm. Bu kitabla birlikdə Qaraqanın bütün kitablarını oxumuş oldum. İlk öncə bu kitab Qaraqanın ən iri həcmli əsəridir. Kitab öz içində təkrara yol vermirdi, buda onu daha rahat oxumağa səbəb olurdu. Kitabda Eyden adlı keçmiş SSRI-nin tərkibində olan bir Şərq ölkəsindən(yəqin ki bu ölkənin Azərbaycan olduğunu hər kəs anlamışdır) New-Yorka gəlmiş musiqiçi gəncin başına gələn qəribə bir əhvalatdan bəhs edilir. Kitabda Eyden obrazı üzərindən Qaraqan məncə öz şəxsi düşüncələrini, öz baxış tərzini və ən əsası şəxsi həyatını, musiqiçi kimi yaşadığlarını və hiss etdiklərini bizlərə çatdırır. Kitabı oxuyanların bəzi qismi kitabın sonunun gözlədikləri kimi bitmədiyini deyirlər, amma məncə kitabın sonu kitabı daha dəyərli və daha anlamlı etmişdi ,ən azından mənə görə elə idi. Bəzi şeçimlər var ki, doğru və yanlış , həqiqət yoxsa yalan anlayışı insana görə dəyişə bilər. Məncə bu əsərdə də o çatdırılmaq istənilmişdi. Kitabı bitirəndən sonra gördüyüm ilk iş isə, "Mələk" və "Adəm və Həvva" mahnılarına qulaq asmaq oldu.
1000Kitap
Art və XaosQaraqan · Teas Press Yayınevi · 2019881 okunma
·
587 Gösterim
2 Yorum
İndi girdim başa düşmürəm necə oxuyurlar
Necə oxuya bilərəm
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.