·74 syf.····Okunma: 05 Ağustos 2020 02:14 Vatan və yaxud Silistre,Osmanlının 19-cu əsrdə Bolgarıstan ərazisindəki Silistredə torpağı olduğunu bilmirdim.Silistre qalasının müdafiəsi əslində 1854'də rus-osmanlı arasında olub,ancaq kitabda bu yunan-osmanlı kimi qeydə alınıb.Yəqin ki,yazıçı bu qala müdafiəsini həmən müdafiədən ilhamlanaraq yazıb.İslam bəylə Zəkiyyə bir-birini sadəcə bir dəfə görməklə bir-birinə necə deyərlər,bir könüldən-min könülə vurğun olurlar.Artıq ikinci görüşdə İslam bəy Zəkiyyəyə müharibəyə gedib,vətəni üçün döyüşəcəyinin xəbərini verir.Ailəsindən hər kəsi itirmiş Zəkəriyyənin tək sığınacağı İslam bəy olur,ona görə də bu xəbərdən sonra xeyli sarsılır.Kitabın ikinci hissəsi bu qalanın müdafiəsinə və bu eşqin hind filmlərini xatırladan eşqinə həsr edilib.Qala müdafiəsi hissəsi olduqca təsiredicidir.İnsanlar öz canından çox qalanın və vətənin müdafiəsi üçün çalışırlar.
Vətən doğulduğun,böyüdüyün,səni böyüdən ailədir və bunun təsvirini Namık Kemal o qədər incə verir ki.
Yazıçının sağlığında səhnələndiyini gördüyü ilk və son pyesidir,çünki çox səhnələnməyinə baxmayaraq,böyük səs küyə səbəb olur.
Düzü bir neçə məqam xaric,ümumiyyətlə bəyənmədim.