Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

472 syf.
·
Puan vermedi
Qəzəl
Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir, Eşq olan yerdə bütün aqilü-dana dəlidir. Saldı Yusif kimi öz sevgilisin zindanə Qoydu rüsvalığı aləmdə Züleyxa dəlidir. Eşq zəncirinin iftadəsi bir mən deyiləm, Həvəsi-silsileyi-eşq ilə dünya dəlidir. Sarılır çiyninə, gah boynuna, gah qamətinə, Əjdahalar kimi ol zülfi-çəlipa dəlidir. Bir vəfasız gül üçün naləsi dünyanı tutub, Aşiqin qəlbi kimi bülbüli şeyda dəlidir. Bircə Şirin ilə Fərhadə məzəmmət yoxdur, Vadiyi-eşqdə Vamiq dəli, Əzra dəlidir. Əl götürməz bu qara gözlülərin zülfündən, Hər yetən zənn eləyər Vahidi guya dəlidir
Seçilmiş Əsərləri
Seçilmiş Əsərləri
Əliağa Vahid
Əliağa Vahid
Seçilmiş Əsərləri
Seçilmiş ƏsərləriƏliağa Vahid · Lider Nəşriyyat · 200516 okunma
·
115 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.