Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

263 syf.
7/10 puan verdi
·
Beğendi
İncil'dəki canavar (the beast "666") ləqəbi ilə tanınan Edward Alexander Crowley saysız-hesabsız gördüyü işlərlə öz şöhrətini dillərə dastan etməyi bacarmış, yazar, şair, rəssam, okultist olan üstinsan prototipidir. Dindar bir ailədə doğulmasına rəğmən, xristianlığı rədd edərək, Thelema dinini yaratmış və öz dini olaraq qəbullanmışdır. Thelema dininin kitabı isə yazmış olduğu Qanun kitabıdır. Aleister'in özünə xass yazma üslubu vardı." "Qanun kitabı" yaxud bir digəri "Yalanlar kitabı "nı mütaliə etdiyiniz zaman özünüz də şahidi olacaqsınız. Kitabın yazılması ilə bağlı gerçəklikdən ilhamlanan bir hekayə var.. Yoldaşı Rose Crowley ilə birgə ilk səyahətlərinə çıxan cütlüyün qeyri adi sərgüzəştləri Misirdən başlar. Rose səyahətləri boyunca, ona vəhydən pıçıltılar eşitdiyini Aleister'ə açıqlamağı özünə borc bilmişdi və Crowley'in dünyavi bir mesajın bələdçisi olmaq üçün hazırlaşmasının zamanı gəlmişdi. Qeybdən gəldiyi varsayılan bu bilgilərin əslində Aiwass adlı siluetsiz varlığa aid olduğunu yazar daha sonra açıqlamış, Qanun kitabının bir neçə bölümünü də həmin aralıqlarda yazmışdı. Bu çalışmanın ərsəyə gəlməsi cəmi 3 gün ərzində tamamlanıb. Aiwass sözü gedən kitabda, insanlığın yeni çağında dünyəvi bilgilərin qanun şəkilini açıqlayır.
Yasa Kitabı ve Yalanlar Kitabı
Yasa Kitabı ve Yalanlar KitabıAleister Crowley · İthaki Yayınları · 2019176 okunma
·
144 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.