Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

432 syf.
9/10 puan verdi
·
Beğendi
·
31 saatte okudu
Həmişə qorxu və ya detektiv janrında hər hansısa bir əsər oxuduqda özümə bu sualı verirəm: bəs mən olsam neyləyərdim? “ Kuzuların sessizliği” bu seriyanın 2 ci kitabı, və düşünürəm ki, ən həyəcanlı kitabıdır.1991-ci ildə Əsər əsasında çəkilmiş eyni adlı film “Oscar” mükafatına layiq görülmüşdür. Keçək kitabın mövzusuna. Kitab “Buffalo Bill” deyə adlandırılan bir qatildən ,onun haqqında bəlkə də hərkəsdən çox şey bilən psixoloq Hannibal Lecterdən, özü də bilmədən bu sirrli hadisələrin mərkəzində yer alan detektiv Starling və onlar ətrafında cərəyan edən dəhşətli hadisələrdən gedir. Bir biri ardınca baş verən silsilə qətllər və bunlar arasında qurulan dəhşətli bağlar. Düşünürəm ki, kitab janrının haqqını yetərincə verir. Oxuduğca yavaş-yavaş dizlərimin əsdiyini, həyəcanlandığımı və hadisələrin gözümün önündən bir fragment kimi keçməsini vurğulamasam olmaz. “Birnəfəsə oxunacaq roman” ifadəsi sanki bu kitab üçün yazılıb.Əsərin adı da insanda bir başqa maraq doğurur. Çox bəyəndiyim kitablardan oldu,ama düşünürəm ki, hərkəsə ürək rahatlığı ilə tövsiyə edəcəyim kitablardan deyil.Daha da spoiler verməmək adına şərhimi burda bitirirəm. Kitablarla qalın!
Kuzuların Sessizliği
Kuzuların SessizliğiThomas Harris · Nemesis Kitap Yayınları · 20161,430 okunma
·
80 görüntüleme
İrfan ALTUN okurunun profil resmi
Yanlış anlamayın lütfen ama yazdıklarınızı okurken sanki şiir okumuş gibi oldum. Ben seviyorum Azerice yi.
Selma okurunun profil resmi
Bu deyəsən pis birşeydi😅
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.