#ÜlviyyəTahir #Buqələmun
Kitabı oxuyan zaman İlk başda bir-birinə aşiq iki insanın ailəsi canlanır təsəvvürümüzdə. O eşqin gözəllikləri olan iki körpə Heydər və Nigar. Birdə ən əsası özünü ikinci plana ataraq sevgisinə qurban verən, monoton həyatı olan bir Azərbaycan qadını Ofelya. Hansı ki, həyat yoldaşının (Şahin'in) edəcəklərindən xəbərsiz yaşayan özünü dünyanın ən xoşbəxti hesab edən qadın və atalarını sevən iki körpə,, qarşıda onları nələrin gözlədiyini , həyatın onlara nece oyun hazırladığını bilmədən öz kiçik dünyalarında oyunlar oyanayırlar ((
Səhifə'lər irəlilədikcə bu mehriban ailə tablosuna sanki damcı-damcı ləkələr səpələnir....
Ofelyanın həm özü ilə, həmdə insanlarla mübarizə aparma çarəsizliyi, körpələrin atalarının gələcəyinə aldanma məsumluqları, Sevda'nın (Ofelyanın rəfiqəsi), Ofelyanın ailəsinin onu ayaqda tutma çabası vəəə Şahin'in etdiyi şərəfsizliklər.... bunlarla yanaşı İslam dini haqqında hissələr'də kitabda yer almışdır..
Bir sözlə mövzunun günümüzlə bağlı (yəni əzilən qadınlar, öldürülən qadınlara aid ) eyniliyi daha çox bağladı məni kitaba . Çox açıq vermiş olmuyum çünki kitabı oxumaq istəsəniz marağınız qaçar. İnsanı suallar içində boğan bir kitabdır və məhz Ofelya ilə həyatda görüşə bilmə şansım olsaydı ona veriləcək o qədər suallarım var ki,,, eynən kitabdakı cavabı gözlənmədən verilən rabitəsiz suallar kimi... Oxumağınızı tövsiyyə edirəm çox ama çox möhtəşəm kitabdır
BuqələmunÜlviyyə Tahir