Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

160 syf.
·
Puan vermedi
·
3 günde okudu
"Xırda-xırda qar yağacaq,sonra kəsəcək,sonra yenə yağacaq...Bu gecə..." Bir insanın çiçəklərə,torpağa,ağaclara-təbiətə havanı öncədən hiss edəcək qədər dərin duyğulara,hislərə sahib olması hamıda görünə biləcək vəziyyətdir?Yoxsa sadəcə dağ kəndlərində məskunlaşmış insanlar şəhər insanlarına nisbətən təmiz havanın,ağır zəhmətin dərin həzzini yaşayır və bəhrənələnir,toyuqlar duranda durur,onlar yatanda da yatır,-və bu onlarda duyğuların mürəkkəb kombinasiyasını yaradır?Əminəm və müşahidə etmişəm ki,dağ kəndlərində,hansı ki təmiz havanın,daimi quş səslərinin həzin bir simfoniyası yarandığı bir mühitdə hamı əliaçıq,nəzakətli,çalışqan,səmimidir.Bəs kədər və qüssə? "Xoşbəxtlik ötəri,kədər isə davamlıdır", deyən personajlarımızın qəlblərini nə incidir? Uşaqlıqda valideynləri tərəfindən atılmış Tieko adında gözəl bir gənc qızı qədim yapon mədəniyyətini əks etdirən naxışlarla kimono toxuma bacarığı olan usta Takitiro və onun evdar xanımı Siqe adında ticarətçilər götürür.Heç vaxt övladları olmadığı səbəbilə uşağı götürən Siqe və Takitiro Tiekoya öz doğma qızları kimi baxır və onu varlıq içində,nəzakətli,tərbiyəli bir cavan xanım kimi böyüdürlər.Keçmiş valideynləri haqqında ara-sıra fikirləşən Tiekoya valideynləri lazımi sevgini verdiyinə görə bu fikirlər onu kədərləndirmir.Bəs fərqli həyat tərzləri iki "eyni" insana necə təsir?Hər şey bizə valideynlərimizdən ötürülən genlərdən və xüsusiyyətlərdən asılı deyil.İnkişaf etdiyimiz,formalaşdığımız ətraf mühit və sosial münasibətlər bizi hal-hazırda olduğumuz insana çevirir.Gündəlik yediyimiz qidalar,söhbət etdiyimiz insanlar,oxuduğumuz kitablar,izlədiyimiz filmlər,dinlədiyimiz musiqilər illər sonrakı "bizi" formalaşdırır. Əsərdə Tiekonun insanlarla qurduğu münasibətlər,öz valideynləri haqqında fikirləşmə mərhələləri;onların varlığı,yoxluğu,bacısının yaxud da qardaşının olduğu fikirləri,onu himayəyə götürən valideynləri ilə isti münasibəti,eləcə də Yapon adət- ənənələrinin böyük bir hissəsi,bəzi yeməklərinin adları,bəzi ağaclar və onlardan nə kimi istifadə olunduğu,Kioto təbiətinin gözəlliyi öz əksini tapır.İbadət üçün şəhərin məşhur ibadətxanaları,monastırları və gəzməli yerləri haqqında məlumat verilir. Ümumiləşdirsək,Kavabata əsərində həm məişət münasibətlərini,həm qarışıq duyğuları və hissləri təbiət və onun elementləri ilə birləşdirərək ortaya həzin simfoniya dinlədiyimizi fikirləşdirəcək bir əsər ortaya çıxarıb...Payızın rəngləri,Kameliya güllərinin gözəlliyi,Kriptomeniya ağaclarından hazırlanan mil,Kriptomeniya ağaclarına hər gün tamaşa edən xoşbəxt insanlar və daha da çoxu...Bəs siz necə?Hər gün səhər toyuqlar duranda,xoruzlar banlayanda durub ağır və həzz verən,insanın qəlbini oxşayan və bədənini bərkidən təmiz və soyuq havanın müşayiəti altında günə başlamağa və parçası olduğumuz sonsuz dünyadakı müvəqqəti həyatımızı salamlamağa razı olarsınız? Elə isə bu dərinlikləri hiss etmək üçün sizə bu kitabı tövsiyə edir və həyatınızın bir günəş işığı qədər parlamağını arzu edirəm.
The Old Capital
The Old CapitalYasunari Kawabata · Counterpoint · 2006684 okunma
··
55 görüntüleme
Nübar okurunun profil resmi
Nə gözəl ifadə etmisiniz🤗😍
Guliyeva Dunya okurunun profil resmi
Çox təşəkkür edirəm,gözəlliyi görə bilmisinizsə nə xoş mənə!
Guliyeva Dunya okurunun profil resmi
Elə bilirdim,yazdıqlarımı məndən başqa heç kim oxumur,çox böyük stimul oldu bu mənə,çox təşəkkür edirəm dəyərli fikirləriniz üçün ❤️
1 sonraki yanıtı göster
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.