İlk olaraq əfsanəvi Prometey Qafqaz dağlarına zəncirləndiyindən odu da bura o bəxş etmiş. Daha sonra Zərdüşt ata və s. Atəş təmizlikdir, aydınlıqdır, işıq və günəş simvoludur, amma öncə yandırar, yəni hər şeyi min-bir əziyyətlə başa gətirib çıxarar. Bütün əski mətnlərdən günümüzədək bu bölgə od-alov, atəş, əzab, zülmə çevrilmiş coğrafi rəmz sayılır. Bunları yaratdı, hansı ağıla, hara bəxş elədi? Əlbəttə ki, bizlər - zülm məmləkətinin övladlarının payına
Soraq almayanda eldən, mahaldan
Yığa bilməyəndə gözünü yoldan,
Könlün bir qanadlı söz istəyəndə,
Ümid qanadıyla uçum deyəndə
Bir də görəcəksən qanadın yoxdu,
Çağrılır, deyilir, adı var,
amma
Dilimdə şipşirin o adın yoxdu,
Bir nağıl, bir sevgi həyatın yoxdu.
Gün keçib, vaxt ötüb, xatirən uzaq,
Onda biləcəksən mənim sevgimi
Biləcəksən, o da çox gec olacaq
Musa Yaqub