·133 syf.··Beğendi
···Okunma: 21 Ağustos 2020 12:12 Yaradıcılığının birinci dövründə yazdığı “Romeo və Cülyetta” əsərində Şekspir İntibah adamının feodal qayda-qanunlarına qarşı mübarizəsini təsvir edir: Kapuletti və Montekki ailələri arasındakı düşmənçilik hələ qədimdən mövcuddur. İki düşmən ailəyə mənsub olan gənclər bir-birinə vurulur, sonradan isə hansı ailəyə mənsub olduqları aşkara çıxır. Lakin Romeo və Cülyettam bir-birinə bağlayan ülvi məhəbbət orta əsrlərin adət-ənənələrinin ətalətini qıra bilmir. Onlar uzun illərdən bəri davam edən və artıq qocalan cana gətirmiş iki ailə arasındakı düşmənçiliyi dəf edə bilmirlər. Romeo təbiətcə azad şəxsiyyətdir. O, öz dostlan ilə birlikdə olanda həyatsevərdir. Merkusio onun ən yaxm dostudur. Cülyettaya qarşı məhəbbəti Romeonu daha da cəsarətli edir. Öz məhəbbəti üçün Romeo mübarizdir, fəaldır və qətiyyətlidir. Cülyettanın ölümünü o, mərdliklə qarşılayır, Cülyettasız onun üçün həyat yoxdur. Cülyettanın paklığı, sədaqəti onun məhəbbəti ilə aşkar olur. Romeonun ölü- mündən sonra onun gözündə həyat mənasız olur və o, mərdliklə ölümü seçir. Cülyetta ən gözəl və pak bir qadın obrazı kimi təsvir olunmuşdur. O, təkcə ailə ənənələrinə qarşı deyil, bütün feodal qayda-qanunlarına qarşı üsyan edir. O, şəhərdən sürgün edilmiş Romeo ilə bir daha görüşə bilməyəcəyini ağlına belə gətirmir. Lakin o, əmioğlusunu öldürmüş, ailəsinin qan düşməni Romeodan heç zaman əl çəkməyəcəyinə əmindir. Atasının gənc zadəgan və varlı Parisə ərə getmək təklifini rədd etdikdən sonra Cülyettanın ən yaxm sirdaşı olan dayəsi, Romeo ile məhəbbətin baş tutmayacağı fikrini təlqin edəndə Cülyetta ona da nifrət edir, onu lənətləyir:
Ey qoca ifritə! O! Mənfur iblis!
Əhdin sınmasını belə istəmək,
Ya da eyni dillə eyni adamı Yüz yol tərif edib, belə pisləmək Ən müdhiş, ən qorxunc günah deyilmi?
Get, get, məsləhətçim, get, bundan sonra Bizim aramızda bir uçurum var.
Rahibin yanma gedirəm indi.
Əgər tapılmasa bu derdə derman, Ölməyə cürətim çatar o zaman.
(Tərcümə S.Mustafanındır)
Bu faciədə Lorensio dini fanatizmdən uzaq, humanist bir alim kimi verilmişdir. Rahib olmasına baxmayaraq, o, yeni əhvali-ruhiy- yəni düzgün qiymətləndirə bilir. Lorensio Romeo və Cülyettanı fəlakətdən qurtaracağına inanır, onların gizli kəbinlərini kəsir, onlara hər cür kömək edir.
Əsərdə Merkusio ən parlaq, xeyirxah və sadiq dost kimi təsvir edilmişdir. Romeo və Cülyetta köhnə dünya ilə mübarizədə məğlub olur. Lakin bu məğlubiyyət köhnə düşmənləri barışdırır. İnsanın təbii arzu və istəkləri, səmimi hisslər, pak məhəbbət feodal adət və ənənələrinə, feodal əxlaqı prinsiplərinə qalib gəlir. Nahaq deyildir ki, bəzi tədqiqatçılar “Romeo və Cülyetta” dramım nikbin faciə hesab etmişlər.
(Şərq-Qərn nəşriyyatı, Vilyam Şekspir, seçilmiş əsərləri, səh 12-13)