Puan vermedi·96 syf.··
2020 86. kitabı
·
8 günde okudu
·
Okunma: 22 Ağustos 2020 12:58
Ahmet mithatla bir il əvvəl Felatun bey ile rakım efendi kitabı ilə tanış olmuşdum. İlk oxuduğum kitabındakı dili məni özünə heyran etmişdi. İlk kitabından sonra bu kitabı ilə məndə "bu yazıçının daha çox kitab yazmamağı fəlakətdir" fikri yaratdı. Çingene indikilərin dili ilə roman, bizim ölkədə isə səhv etmirəmsə qaraçı adlı bir tayfadır. 400-500 il əvvəl hindistandan Anadoluya köç etsələrdə etnik tərkibləri artıq indiki dövrdə bizimlə uyğunlaşıb. Hikmet bey atasından sonra ailəsi ilə yaşayan 22-23 yaşlarında bir bəydir. Dostları ilə getdiyi qayıq gəzintisində qaraçı tayfasının içində olan Zibanı bəyənir. Düşünür ki, insan yaxşı bir tərbiyə ilə dəyişə bilər. Ancaq burada əsas düşüncə insanın insan olduğu üçün qəbul edilməməsidir. Müəyyən bir əxlaq norması, həmişə bu müəyyənlərin içində insan həyatının necə məhv edildiyi. Mənə görə ən kədərli yanı yazıçının 200-300 il sonranı təsvir edərkən qurduğu xəyalpərəst cümlələrdir. İnanır ki, 2000-2100 illərdə insanlar artıq bir-birini doğurdan da sevə biləcək qədər cəsarətli olacaq. Ancaq biz özümüzü sevə bilmiriksə, insanoğlunu necə sevə bilərik. Bizə sevgini öyrədirlər, ancaq bunu bölüşməyi öyrənə bilmirik yəqin ki
ÇingeneAhmet Mithat Efendi · Türkiye İş Bankası Kültür Yayınları · 20253,988 okunma
·
13 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.