8/10
·374 syf.··
2020 173. kitabı
·
19 günde okudu
·
Okunma: 19 Ağustos 2020 07:20
Oxumaqdan ən çox qorxduğum, uzun zaman oxumağa cəsarət edə bilmədiyim əsərlərdən biri idi "Korluq". Doğrusu, qorxduğum qədər də oldu. Üstəlik, coronavirus kimi bir pandemiyanın ortasında korluq epidemiyası ilə bağlı belə bir əsər oxumağın dəhşətini siz düşünün. Sürəkli ağlımdan, ya bu da bir gerçək olsa, insanlıq bir gün belə korluq pandemiyası ilə üz üzə qalsa, deyə keçirdim. Bu düşüncə kabusum olar deyə qorxuram! İnsalığın mənəvi korluğunun üzərinə bir də fiziki korluq gəlsə! Bu dəhşəti heç düşündünüzmü?! Düşündük mü?! Əminəm ki, mənim kimi heç kəs bu barədə düşünməyib, ən azı, bu əsəri oxuyana qədər. Belə bir ehtimal qarşısında, ki, bu ehtimal hər zaman var, Jose Saramago, oxucunu düşündürür... Yazıçı, insanlığı dəhşətli bir dilemma qarşısında qoyur! Ya bir gün insanlıq fiziki olaraq kor olsa, necə olar insanlığın taleyi?! Və bunu bütün incə təfərrüatlarına qədər təsvir etməyə, hələ kor olmayan bəşəriyyətə bunun dəhşətini, vəhşətini yaşatmağa çalışır. Məncə, bunu bacarır da. Mən öz adıma əsəri oxuyarkən, korluğun nə demək olduğunu və necə nəticələrə gətirə biləcəyinin fərqinə vardım. İnsanlığın çarəsizlik içində necə qıvrandığını real olaraq yaşamış qədər oldum. Bənzər bir sarıntını Albert Camus.un "Taun"unu oxuduğum zaman yaşamışdım. Təsəvvür edirsiz, birdən-birə heç gözləmədiyiniz bir anda, səbəbi bilinmədən kor olursunuz. Siz çarələr axtararkən, ümid bəslədiyiniz insanlar da korluğun pəncəsinə düşür. Varlı-yoxsul, yaşlı, qadın, uşaq, vəzifəli demədən, hər kəs bu bəlaya düçar olur. İlk kor olanlar karantinaya alınır və onlara vədlər verilir, o vədlərə yarım-yamalaq əməl olunur. Sonra isə... Sonrası müəmmadı... Korlar arasında güc davası, təbii ehtiyaclar mübarizəsi başlayır. Qruplaşmalar, gücü əlinə almaq istəyən bir qrup, onların vəhşicəsinə mübarizəsi, aclıq, səfalət, ölümlər, insanlıqdan çıxmış varlıqlar... Necə dəhşətli bir mənzərədi, bu, təsəvvür edə bilməzsiniz... Əsərdən sonra ənənəvi olaraq filmi də izlədim. Yenə əsər qədər olmasa da, maraqlı idi. Əsərin təsəvvürdə yaratdığı o dəhşətli mənzərələri visual olaraq görmək ikiqat ürküdücü idi. İnsanlığı bu qədər aciz, bu qədər çarəsiz, gücsüz, işəyaramaz görmək dəhşətli idi. Bütün bunların sadəcə əsər və film olaraq qalmasını, bəşəriyyətin nə vaxtsa belə bir dəhşətli sınaqdan keçməyəcəyini ümid edirəm. Hazır olmadan oxumayın, ağır əsərdi! Xoş mütaliələr!
1000Kitap
KörlükJosé Saramago · Kırmızı Kedi Yayınları · 2022132,2bin okunma
·
86 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.