Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

574 syf.
9/10 puan verdi
İnsanın məhrum olacağı ən dəyərli şey, AZADLIĞI olmalıdır yəqin ki!.. Səmaya günəşə, aya, ulduzlara, yaşıllığa, ağaclara, çiçəkərə, dənizə, çaylara, dünyadaki bütün gözəlliklərə məhrum qalmış bir göz düşünün, quşların nəğmələrinə məhrum qalmış bir qulaq, çiçəklərin, havanın təravətli qoxusundan məhrum olmuş bir burun!.. Bütün bu gözəllikləri doya doya hissedərək yaşaya bikməmək!..Yaşamaq uğurda gedən müthiş savaş və zirzəmidə yaşamağa məhkum olunmuş bir həyat!.. Müharibə, yenə müharibə, yenə müharibə!.. Kimsə rəfiqələrimdən bu əsəri oxuyub sevmədiyini söyləmişdi. Oxuduqca əsəri necə sevməmək olar deyə düşünürdüm?!. Təbii, zövqlər müxtəlifdi... Gözləntilərini qarşılamayıb ola bilsin. Ancaq mən böyük maraqla, təsirlənərək, sevərək oxudum. Hələ də kitabları çox çox sevən bir qızın həyatındansa, necə sevməyə bilərdim?! Əsər Leisel Meminger adlı kitabları çox sevən kiçik bir qızın yaşadıqırından bəhs edir, ən əsası İkinci Dünya Müharibəsinin səhnə arxasından. Müharibə dövründə arxa cəbhədəki insanların, xüsusilə, uşaqların dünyasından.. Müharibə ən çox uşaqların uşaqlığını alır əlindən... Geri dönüb baxdıqlarında xatırladıqları sadəcə qaranlıq, dəhşət, aclıq, qorxu, sevdiklərini itirmə qorxusu və onların həsrəti olur... Uşaqlıqlarını xarakterizə edən sözlər sadəcə bunlar olur. Əsərin müəllifi Markus Zusakdı. O, bu əsərə görə 6 ədəbi mükafat alıb... Yazıçı qəhrəmanlarını ideallaşdırmayıb, əksinə onları olduğu kimi, o hadisələrin zəmnində, dəhşətli, acımasız müharibənin içərisində nə qədər düşkünləşmək və hər şeyə rəğmən içindəki insanı qoruyub saxlamaq nə qədər mümkündürsə, o qədər real təsvir eləyib... Qəhrəmanlarımız Himel küçəsi sakinləri Rosa, Hans Hubermanlar, onların övladlığa götürdükləri Leisel, Leiselin ən yaxın dostu Rudi, müəllimləri, digər oyun dostları, ona kitabların geniş dünyasını açan İlsa Herman, ən əsası Max Vanderburgdur... Hər birinin Kitab oğrusunun həyatında özünəməxsus rolu var. Ona oxumağı öyrədən və ara - ara kitab hədiyyə edən atalığı və analığı, ən çətin anında belə özünəməxsus şəkildə yanında olan Rudi, kitabların sonsuz dünyasını qarşısında açan İlsa Herman, ona öz kitabını hədiyyə edən qarabasmalarını, yaşadıqları ağrılı anları bir - birləriylə paylaşdığı dərd ortağı Max... Müharibənin qəhrəmanların hər birinin həyatında qoyduğu ağrılı iz... Əsər sizə bunlardan daha çoxunu verəcək təbii... Bu sadəcə mənim qısaca xarakterizə eləyə bildiyim hissədi... "Kitab oğrusu"nun motivləri əsasında eyniadlı film də çəkildiyini oxumuşdum... Bunun təsirindən olacaq ki, əsəri oxuduqca çox təsirləndiyim bir çox səhnə gözümün önündə canlanır, beynim rejissor rolunu oynayaraq hadisələrin başvermə şəklini, yerinin təsvirini yaradır, hadisələri səhnələşdirirdi. Çox nadir hallarda olur ki, hansısa əsəri oxuyanda belə bir duyğu yaşayım. Bu da əsərin mənə yaşatdığı fərqliliklərdəndi... Qısaca yazdıqlarım əsəri xarakterizə etməyə kifayət etməz, hətta əsər haqda yazdıqlarım, oxuyarkən keçirdiyim hisslərin yanında sönük qalır. Odur ki, əsəri hər kəsin özünün oxumasını tövsiyə eləyirəm. Çox qəribədir ki, bu dəfə ənənənin əksinə olaraq, film də ən azı əsər qədər maraqlı, təsirli oldu. Hətta kitabdan daha çox desəm, mübaliğə etmiş olmaram. Ümid edirəm, oxuyan və filmi izləyən hər kəs ən azı mənim qədər təsirlənəcək. Xoş mütaliələr. :)
Kitap Hırsızı
Kitap HırsızıMarkus Zusak · Martı Kitabevi · 201212,5bin okunma
·
196 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.