·408 syf.····Okunma: 25 Ağustos 2020 10:28 Hasan ali toptaş Türkiyənin hal-hazırdakı ən yaxşı 3 yazıçısından biridir. Əslində Hasan ali toptaş kitablarında tez-tez şüur axını texnikasından istifadə edir. Ona görə düşünürəm ki, kitablarını anlamaq çətin olduğu qədər də necə deyərlər, ləzzətlidir. Yenə ilk 100 hətta 200 səhifəyə qədər sadəcə bu mühiti anlamaq üçün bütün düşüncəmizi verərək oxuyuruq. Bəzən düşünürəm görəsən insanlığı qəddar edən nədir?
Bizi qəddar edən nədirsə öldürən şey də odur. Yaşamaqdan qaçırıq. Biz qaçdıqca xoşbəxt olmaq istəyi bizi qovalayır. Ziya yetkinlik yaşında 30 ildir görmədiyi əsgərlik yoldaşını ziyarətə gedir. Arxa fonda isə biz Ziyanın uşaqlığına səyahət edirik. Bayaq soruşmuşdum, bizi qəddar edən nədir deyə. Bizi qəddar edən yaşamaq hirsidir, istəyi deyil hirsi. Kitabın son 5 səhifəsi ki var, bütün kitabı gözəlləşdirməyə bəsdir. Hasan ali toptaş elə də çox oxumuş biri deyil, müşahidə ya da kəşfdir onu belə güclü bir yazıçı edən.