Gönderi

10/10
·96 syf.··
2020 9. kitabı
Cəlil Məmmədquluzadə Ölülər Kaş bu gün də Cəlil Məmmədquluzadə kimi ədiblər yaşayardı və yaradardı. Yazdığı “ölülər” pyesi ilə xalqın cəhalətdən ayılması, maariflənməsi üçün çox gözəl mesajlar verib. Əsər XX əsrdə yazılmasına baxmayaraq elə günümüzə də xitab edir. “Ölülər” özündə bu gün yaşadığımız problemləri, savadsızlığı komediya şəklində özündə ehtiva edir. Amma buna baxmayaraq bu komediyanın arxasında dayanan faciəni də görmək lazımdır. Dörd məclis və beş pərdədən ibarət olan bu tragikomediyada Şeyx Nəsrullahın insanların cahilliyindən, savadsızlığından istifadə edib onları din adı ilə guya ölüləri dirildə bilər yalanları ilə necə aldatmasını, daha doğrusu savadsız camaatın aldanmasını görəcəyik. Bəs Nəsrullah həqiqətənmi ölüləri dirildə bilir? Bu yalanla hər gecə qız-qadınları istismar etməsi və guya belə olduqda onlar cənnətlə mükafatkanacaq. Bu doğrudan da sadəcə faciədir. Bu qədər avamlığa inanmayan isə təkcə kefli İsgəndər olur. Hər dəfə içkili olmasına baxmayaraq, doğruları ancaq o görə bilir. Nədənsə camaat da onun doğrularına inanmır. Onu axmaq hesab edirlər. Bəs niyə camaat ona yox Hacı Nəsrullaha inanır? Çünki İsgəndər reallıqları görə biləcək qədər təhsilli, ziyalı, mənəviyyatlı biridir. Acınacaqlı vəziyyəti təkcə o görə bilərdi. Və “axmaq” dedikləri İsgəndər isə əsl ölülərin məhz ətrafında olan insanların olduğunu sonunda sübut etsə də artıq çox şey üçün gec idi. Hər kəsin oxumağı gərəkən bir kitabdır. Oxumaq lazımdır ki, həqiqətləri daha aydın görə bilək.
1000Kitap
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,272 okunma
·
93 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.