Gönderi

10/10
·96 syf.··
2020 11. kitabı
Salam. Bu gün Tolstoydan oxuduğum bu kitab haqqında danışmaq istəyirəm. Yazılan hekayələri çox sevdim. Hər biri ibrətlik, dərs çıxarılacaq hekayələrdir. Bitirdikdən sonra özümə o qədər cavabsız suallar verdim ki. Məsələn “niyə axı gözümüz doymur? Niyə əlimizdəkilərlə yetinmirik? Niyə bu qədər içimizdə bəzən kin, nifrət, acıq bəsləyirik?” “İnsan neyle yaşar?” Kitabı altı qısa hekayələrin toplusundan ibarətdir. Hər hekayə özündə çox böyük məna daşıyır. Oxuduqca doğrudan da insanın daha çox nankor, acgöz olduğunu, eqosunun gözlərini kor etdiyini, nəfsinin doyumsuzluğunu, daha çox dünya malında gözünün olduğu, pul-paraya can atdığını gördüm. Elə bir zamana da gəlmişik ki, pul olmadan az qalır salam almasınlar. Halbuki, Tolstoyun dediyi kimi sonunda 3 metrlik kəfənlə gedirsən dünyadan. Əslində koruq görmürük ki, daha çox insan sevgiyə acdır. Hər şeydən üstün olan sevgi. O qədər malın-mülkün olsun sevgisiz qaldıqdan sonra pul ilə xoşbəxt olacaqsanmı? Bu hekayələr insana yaxşılığı, sevgini, mehribançılığı, əxlaqın gözəlliyini aşılayır bizə. Mənim həyata baxış açımı dəyişdirən əsər oldu deyərdim. Ən çox ürəyimi qoyduğum hekayələr isə “insan neyle yaşar” və “insana çok toprak gerekirmi?” oldu. Tolstoyun bu kitabını məncə 7-dən 77-yə hər kəs oxumalıdır.
1000Kitap
İnsan Neyle Yaşar?Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 2024234bin okunma
·
29 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.