Puan vermedi·532 syf.····Okunma: 02 Eylül 2020 01:51 Biz hamımız bu və ya digər şəkildə fərqi yoxdur - Jül Vernin uşaqlarıyıq.
1870 - ci ildə yazılmış əsər, hələ o dövrdə sualtı gəmilər mövcud deyildi. Bununla belə Jül Vernin düzgün gələcək fantaziyası, yaradıcılıq qabiliyyəti sayəsində indiki müasir sualtı gəminin təsvirini gördüm. Jül Vernin yaradıcılığına heyran olmamaq mümkün deyildir. Dəryalar, dənizlər altında hansı və necə dünya var? Biz bunu sadəcə yazıçının fantaziyasını oxuyub elə hiss edə bilərik. Bəlkə də həmişə axtardığımız dəryaların şahı bizim Kapitan Nemodur...