Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

187 syf.
7/10 puan verdi
·
3 günde okudu
• Əslində, belə kitabları oxumağı çox sevmirəm (şəxsi inkişaf, motivasiya və s.). Və bu barədə heç də tək deyiləm, bir çoxları da belə mövzularla bağlı kitabları oxumağı sevmir. Belə kitablar çoxlu saydadır və onların heç də hamısı insanlar tərəfindən bəyənilmir. Bu kitabların əsas məqsədi öyrətməklə yanaşı, öyrəndiyimiz şeyləri həyatımızda tətbiq etməyi bacarmaqdır. Və bunları tətbiq etməyi bacaran insanlar məncə, çox şanslıdırlar. Yəqin ki, belə düşünürəm ki, belə kitabları oxumağı sevməyən insanlar, kitabların onların həyatını dəyişdirəcəyinə inanmır və ya sıxıcı olduğunu düşünürlər, ki mənə də sıxıcı gəlir. • Kitaba gəldikdə isə, maraqlı idi, amma yaxşı ki, səhifə sayı az idi (187). Kitabda necə varlı ola biləcəyimiz barədə danışılır. Azərbaycanda bu şəraitlərdə varlı olmaq biraz asan deyil, çünki varlı olanların sonu bəllidir:) Amma yenə də mövzunu anlayıb həyatımızda tətbiq etsək, gələcəkdə maddi baxımdan bir çətinliyimiz olmaz.
Varlı Ata, Kasıb Ata
Varlı Ata, Kasıb AtaRobert T. Kiyosaki · Qanun Nəşriyyatı · 06,7bin okunma
·
289 görüntüleme
Nigar okurunun profil resmi
Məsləhət görərdim kitabı bir də oxuyun və Robert Kiyosakinin youtube videolarına da baxın. Bunları tətbiq etmək üçün ölkənin fərqi yoxdur, əsas odur ki qarşımızdakı şansları görməzdən gəlməyək və tətbiq etməkdən qorxmayaq. Uğurlar :)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.