Gönderi

·
Not rated
Həyatın içindən bir kitab. Hər cümləni ayrı-ayrı həzm etmək lazımdır. Romanda yüzlərlə sosyal mesaj, dünya və insan, insanların bir-birlərinə etdikləri şeylər haqqında danışılmışdır. Hər insanın özünə dərs çıxara biləcəyi bir romandır. Oxuyarkən romanın bir çox yerində insanın qarın doyurmaq, yaşamaq kimi ehtiyaclar üçün başqalarından asılı vəziyyətə gələ bildikləri, bir şəkildə kölə vəziyyətinə düşə bildiklərini görürük. Bundan başqa, insanların öz çatışmazlıqlarını nəzərə almayıb qarşındakını sözlərilə yaralamaları. Yazar romanda insanlığı, insan oğlunu o qədər gözəl ələşdirmir, səhvlərini, etdikləri şeyləri o qədər gözəl şəkildə ifadə etmişdir ki, insan heyran olmadan qala bilmir. Bütün bu tənqidləri, suallar yaratması ilə yanaşı, eyni zamanda insanda ümid toxumlarını da cücərtməyi yaddan çıxarmır.
Kafamdaki Fillerin Hepsi Mavi
Kafamdaki Fillerin Hepsi MaviMurat Gülen · İndigo Kitap · 2019542 okunma
·
36 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.