Gönderi

268 syf.
10/10 puan verdi
·
Beğendi
General-mayor Polad Həşimov! Kitabın ərsəyə gəlməsində və oxucu kütləsinə ödənişsiz təqdim edilməsi təşəbbüsünü irəli sürməkdə başda Şəmil Sadiq, Səbuhi Şahmursoy və "Hədəf" nəşrləri olmaqla, bu işə könül verən, əmək sərf edən hər kəsi alqışlayır və təşəkkür edirəm! Bu kitabı əldə edənlərdən biri də mən olduğum üçün həm şanslı, həm də qürurluyam. Hər səhifəsini dərin kədər hissi, bir o qədər də fəxrlə oxudum. Kitabı oxuduqdan sonra bunun qətiyyətlə fərqinə vardım ki, Azərbaycan ordusu çox, çox böyük bir itki verib.. Bu kitabı oxumaq Generalı tanımaq üçün kifayət qədər yətərlidir, çünki ailəsi, əsgərləri, dostları, qohumları onunla olan xatirələrini olduqca içdən və səmimi şəkildə bölüşüblər. Önəmli olan adının hansısa bir küçəyə, metro stansiyasına, zirvəyə, posta, məktəbə və s. verilməsi deyil, ən önəmli və ən dəyərlisi adının milyonların qəlbinə yazılmasıdır. Əfsuslar olsun ki, biz onu itirdikdən sonra dəyəri bilinən insanları tanımağa gecikirik. Onları sağ ikən layiq olduğu şəkildə qiymətləndirə bilmirik. Polad Həşimovu tanımaq mənə bir çox şeyi öyrətdi, gec tanımaq isə hər zaman heyfsləndirəcək. Ruhun şad olsun, ordumuzun Polad Generalı!
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202081 okunma
··
89 görüntüleme
Shade okurunun profil resmi
ürəyim sızladı. Qürur duyuram🇦🇿
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.