Gönderi

10/10
·255 syf.··
2020 4. kitabı
·
4 günde okudu
·
Okunma: 29 Ağustos 2020 23:25
Yazıçının yazdığı ilk roman olan bu kitabın avtobioqrafiya olma ehtimalı da istisna edilmir. İnsanda çox dərin izlər buraxan bu kitabda, adsız bir qərhəmanın yaşadığı günləri oxuyarkən, insanın o acınacaqlı vəziyyətlərə pis olmaması, gözlərinin dolmaması mümkünsüzdür. Qısaca kitab haqqında danışsam, roman 2 hissədən ibarətdir; ilk öncə Parisdə baş verənlər sonra isə Londonda. Qəhrəmanımız Parisdə bir otelde yaşayar və ingilis dili dərsi keçər, lakin yavaş yavaş tələbələri dərsləri istəməz və pulsuz günlər başlayar. “ Pulsuz yaşamaq olar, amma necə və hansı çətinliklərlə maraqlı olan budur?” Bu suala çox aydın və açıq şəkildə cavab verilir. Qəhrəman ilk öncələr iş tapmaqda çətinlik çəkir, günlərcə ac qalır və nəhayət bir dostunun köməyi ilə bir otelin mətbəxində gündə 17-18 saat olmaqla qab yumağ başlayır. Və qazandığı pul yalnız qalacaq yerə, siqaretə və biraz yeməyə çatır. Bu və digər işlərdə işləyərək həyatını davam etdirir... amma buna yaşamaq və ya həyat demək mümkündürsə. Həyat dediyimiz nədir ki? “İllərlə mənasızca canlı bir ölü kimi yaşamaq mı?” O qədər səfil bir həyat yaşayır ki, mənim yazacağım 3-5 sətirlə o aclıq, yoxsulluq, ümidsizlik, pərişanlıq izah oluna bilməz Qəhrəmanımız daha yaxşı bir yaşayış arzusu ilə İngiltərədən bir dostunun tapdığı iş üçün Londona getməyə qərar verir. O orada əqli geriliyi olan bir uşağa xüsusi dərs keçəcəkdi. Amma bədbəxtlik bir insanı tapdı mı asan asan ondan əl çəkmir. Təəssüf ki, ailə bir səyahətə çıxır, və qəhrəmanı Londonda daha da acınacaqlı bir həyat gözləyir. Dostundan biraz borc pul alır, lakin pulu tezliklər bitir, yatacaq yeri, yeyəcək yeməyi olmur. Bu halda küçədə yaşamağa başlayır. Və halını bu şəkildə izah edir: “bir saat sonra cır-cındır içində bir adam gördüm, böyük ehtimalla səfil idi və mənə tərəf gəlirdi. Bir də gördüm ki, bu elə mənəm, qarşıdakı şüşədən əksimi görürəm. Artıq üz gözüm də çirk içində idi...” O küçədə müxtəlif dilənçilərlə tanış olur. Və küçə həyatının qaydalarını öyrənir, onlar bir şəhərdən digərinə gedərək dilənçilər üçün nəzərdə tutulmuş və bir tövlədən, həbsxanadan heç nə ilə fərqlənməyən yerlərdə gecələyir. Hər gününü marqarin və çörək yeyərək keçirir. Pulsuz çay verilən yerlərdə isə çaydan sonra mütləq dini ayinlərə qatılmaq məcburiyyəti var idi. Və bir fincan isti çaya görə dilənçilər buna dözürdülər və öz bacardıqları qədər bu ayinlərə mane olur və ciddiyə almırdılar. Qəhrəmanımız küçədə təhsilli insanlar, sənətçilər, rəssamlarla tanış olur. Hansı ki, bu insanlar özlərini dilənçi kimi görmür, bunun sadəcə müvəqqəti bir çətinlik olduğunu tezliklə bu əziyyətli və çətin günlərin bitəcəyinə inanırdılar. Onlardan həmişə müsbət düşünən birinin bu sözü isə, insanı düşünməyə məcbur edir: “əgər istəyirsənsə, varlı və ya kasıb olmağından asılı olmayaraq eyni həyatı yaşa bilərsən. Heç nə səni kitab və düşüncələrdən uzaqlaşdıra bilməz. Sadəcə olaraq öz özünə deməlisən ki, mən azad insanam...” Kitabın sonunda qəhrəman qeyd edir ki: bundan sonra hansısa dilənçiyə pul verdiyim üçün mənə təşəkkür etməsini gözləməyəcəm,... mənə uzadılan bütün əl elanlarını götürəcəm və böyük restoranlarda yediyim heç bir yeməkdən zövq almayacam. Və bu hələ başlanğıcdır. Bu kitabda hadisələr 1930 cu illərdə cərəyan etsə də oxuduqca anlayırsan ki, hələ də çox şey eyni qalıb. Dünya nə qədər inkişaf etsə də, yeni yeni kəşflər olsa da, hər şeyə bir çarə tapılsa da hələ ən inkişaf etmiş ölkələrdə belə evsizlik və dilənçilərin sayı azalmır. Təəssüf çox təəssüf ki, sadəcə onların halına baxıb pis olmaqdan, öz halımıza isə sevinməkdən başqa edəcəyimiz nəsə yoxdur. Nəsə etsək belə bu onların yalnız bir gününə ya da bir neçəsinə kömək olur. Son olaraqsa, kitabdan ən sevdiyim bir sitat: “ulduzlar pulsuz tamaşadır, onlara baxmaq üçün pul ödəməyə ehtiyyac yoxdur.”
Paris və Londonda qara qəpiksizGeorge Orwell · Qanun Nəşriyyatı · 20208bin okunma
·
80 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
avtobioqrafiya "kitaplar ve sigaralar" olmalıdı bildiyim qədəriylə