Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

448 syf.
7/10 puan verdi
·
8 günde okudu
Fərman Kərimzadənin yaradıcılığından oxuduğum ilk kitab olan "Xudafərin körpüsü"ndə Şah İsmayıl Xətainin ana babası Uzun Həsənin dövründən onun hakimiyyətə gəlməsinə qədər olan zaman kəsiyindən söhbət açılır. Əsər çoxşaxəli və axıcı idi. Hadisələr əla işlənmişdi. Amma I hissə daha maraqlı idi. Bir neçə amilə görə kitaba möhtəşəm deyə bilməyəcəyəm. (XXX SPOİLER OLA BİLƏR XXX) 1. Qeyd olunub ki, sən demə, Səfəvilər əslində İmam nəslindən deyillərmiş. Bu fikir məni sarsıtdı... 2. İsmayıla yalandan "Zamanın sahibi" təxəllüsü verilmişdi. Maraqlıdır, görəsən, tarixdə belə bir hadisə olub? 3. Bəzi yerlərdə dinə qarşı sözlər var idi... 4. Aləmşahbəyimin ölümü tarixdəki kimi qələmə alınmamışdı, fikrimcə. Çünki bir sıra mənbələrə görə, o xanım 1522-ci ildə vəfat edib, hətta İsmayılın onu sünni məzhəbli olduğuna görə edam etdiyini deyənlər də var(inanmağım gəlmir bu versiyaya). Bu nüanslara görə əsəri müəyyən qədər bəyənmədim. Amma ümumi olaraq yaxşı idi. Xoş mütaliələr :)
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Kitab Klubu Nəşriyyatı · 2019156 okunma
·
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.