Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

235 syf.
7/10 puan verdi
·
3 günde okudu
Yaşın 17 olsun və belə möhtəşəm kitab yazasan. Sadəcə əhsən. Digər kitablardan fərqli olaraq sanki bunu daha rahat oxuyurdum, daha doğma gəlirdi oxuduqca... Ən fəlsəfi suallara ən sərt cavablar.. Həyatın sadələyindən və mənasızlığından bezmiş bir qrup gənc bu dünyanı dəyişə bilərmi? Oxuduqdan sonra bunun cavabını alacaqsınız. Amma sonda cavabını ala bilmədiyim bəzi suallar oldu: Yeni həyat necə oldu? Aysel niyə anidən gərəgahı tərk etdi? A tam olaraq kim idi? 9cu mərtəbədən tullanıb sağ qalan biri adi adam ola bilərmi? Şeytan idi bu yoxsa Allahın elçisi? Abbas öldümü? Ən əsasda Anarın reaksiyası necə oldu? Təbii ki bu sualların cavabı olsaydı daha aydın ola bilərdi sonu amma yenədə ideal bir sonluq gətirə bilib Elxan. Təbii ki buna görə Qaraqanı qınamıram. Fikrimcə 17 yaşında olan bir insanın yaza biləcəyi ən yaxşı əsərdir. Siz indi təsəvvür edin ki 17 yaşında belə uğurlu və əsrarəngiz fəlsəfi, psixoloji roman yazan biri iləridə nələrə qadir ola bilər. Biz onu gördük, indidə görmək istəyirik. Qaraqan bu xalqın sənə ehtiyacı var. Hər kəsi bunu oxumağa səsləyirəm, təşəkkürlər...
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,593 okunma
·
232 görüntüleme
Maharram Akperov okurunun profil resmi
deyir ilkdəfə kitabı mağazaya təqdim eliyəndə, mağaza qəbul eləməyib ki, bunu kim alar. Qaraqan da deyib ki, yaxşı. Bidənə kitabları qoyum bura, dönər yeyib gəlirəm. Qaraqan da çıxıb çölə 5-6 dostuna yığıb ki, bəs mağazaya gedib deyinki, sizdə Qaraqanın kitabı var? Ondan sonra mağaza qəbul eləyib.
Camal Cəfərov okurunun profil resmi
Bu incelemenin yazıb 1 ay sonra kitab yazmağım...
Kitablara fısıldayan biri okurunun profil resmi
Mənim anladığım qədəri ilə Anar dəli idi.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.