Bu kitabı oxuyub bitirdikdə "Bu nə kitab idi? Monoton süjet xətti, fəlsəfi fikirləri olmayan bir kitab" deyib keçdim. Bu kitabdan sonra onlarla kitab oxudum, amma fikrim həmişə bu kitabda qalmışdı. Dino Buzzati "İtalyan ədəbiyyatının Shakespearei" adlandırılır və düşündüm ki, həqiqətən də, kitabda duyğular, hisslər o qədər mükəmməl izah olunub ki, sanki o qalada olanlardan biri mən idim və bütün hadisələrdə mən hər şeyi izləyirdim. Doğrudan da, müəllif kitabdakı hər bir obrazların duyğularını əla şəkildə ifadə edib. Bir sözlə, əla! 😍