·152 syf.··Beğendi
···Okunma: 14 Ekim 2020 00:20 Yazarın özü tərəfindən nəşr olunmayan bir əsərdir. Camus bu əsərin yerinə onun daha yaxşı versiyası olan "Yabancı"nı nəşr etdirib. Məncə də doğru addımdır. Hər iki əsərin qəhrəmanı eyni şəxsdir. "Mutlu Ölüm"ün Mersault'u "Yabancı"nın Meursault'undan yalnız hərf əksikliyinə görə fərqlənir.
Qısaca özət keçsək, Mersault xoşbəxtliyin axtarışına çıxır və bunu bizlərdən fərqli olaraq daxilində axtarmağa çalışır. Onun üçün xoşbəxtlik sevgi, evlilik, ya da pul əldə etməkdə deyil. Pul onun üçün vasitədir, məqsəd yox.
Əgər Mersault&Meursaultun hekayəsini oxumaq istəyirsinizsə "Yabancı" kitabını tövsiyə edirəm. Yox mütləq bu kitabı oxumalısınızsa, biraz sıxıcı ola bilər :)