Gönderi

M.Ə.Rəsulzadə öz xatirələrində qeyd edir: "İ.V.Stalin Bakıda inqilabi hərəkət zamanı neftçi işçilərə rəhbərlik edir. Neft sahibklarıarının göstərişi ilə onu diri-diri neft dəryaçasına atmağa hazırlaşırdılar. Mənim sayəmdə bu baş vermir. Sonra isə Bayıl zindanından qaçdıqda ona "Hümmət" təşkilatından yardım edirlər." 1920-ci ilin aprel ayının 28-dən Azərbaycan Demokratik Respublikasının süqutundan sonra M.Ə.Rəsulzadə Lahıc dağlarında gizlənirdi. Bir müddət sonra onu bolşeviklər yaxalayır. Bu vaxt Stalin öz zirehli qatarında Bakıya gəlir, bunu öyrənir və tələb edir ki, onu azad etsinlər. O, Rəsulzadəni əziz qonaq kimi qarşılayır və Moskvada məsuliyyətli bir posta dəvət edir. Sonra Rəsulzadə Fin körfəzindən Finlandiyaya keçir və gizli surətdə Polşaya qaçır. O qeyd edir ki: "Stalin məni xilas etməklə kişi kimi mənə, o vaxt onu xilas etməyimin əvəzitək təşəkkür edirdi. Lakin mən əminəm ki, əgər orada qalsaydım, o məni də yox edərdi."
·
16 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.