Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

192 syf.
·
Puan vermedi
1905-6 erməni - müsəlman davasından bəhs edən kitabı yazıçı 1908-də yazıb bitirir. Bitirdikdən sonra “Tazə Həyat” qəzeti vasitəsilə xalqa müraciət edilir və Bakı milyonçusu olan Murtuza Muxtarovun maliyyə dəstəyi hesabına 1911-ci ildə Haşım Bəy Vəzirovun “ Səda” mətbəəsində ilk dəfə ərəb əlifbası ilə nəşr olunur . Kitab 1905-1906-da baş verən erməni -müsəlman davasının tarixindən gerçək görüşlər və faktlar əsasında bəhs etməklə , yazıçının tərəfsiz mövqedən qələmə aldığı zəngin qaynaqdır. Hər cürə şəxsi və milli qərəzdən uzaq duraraq yazılmış əsərdə , yazıçının etibar etdiyi müxbirlərin hadisə yerindən qələmə aldıqları məktub və sənədlərə də yer verilmişdir . Oxuduqca görürük ki , Xocalıda baş verən vəhşiliklərin , Gəncə terrorunun 20-ci əsrin əvvəllərindəki erməni vandalizmindən heç bir fərqi yoxdur : erməni eyni vəhşi, cəllad , qatil ermənidir və bu 1905-də də belə idi, 1918-də də , 1992-də də , 2020-də də . Heç bir fərq yoxdur Erməni-müsəlman davasının demək olar ki ən qanlı örnəkləri 1905- fevral və avqustunda Bakıda baş verdi. 1905-ci ilin may ayı əvvəllərindən etibarən Bakıda baş verən erməni-müsəlman toqquşması ölkənin demək olar ki dörd bir tərəfindəki qapıbir yaşayan hər iki xalqın nümayəndələrinin gündəlik həyat ritmini pozur . O cümlədən , xüsusilə növbəti illərdə böyük qırğınlara şahidlik edəcək Naxçıvan bölgəsində; ermənilərin odlu silahla silahlanmasını və İrəvandakı ermənilərin Naxçıvana axışaraq , erməni evlərində və ya kilisələrdə gecələr boyunca iclasların olduğunu müşahidə edən müsəlmanlar arasında böyük qorxu yaranır. 5 may tarixində 3 müsəlman Cəhri kənd sakini , ermənilərin məskunlaşdığı Şıxmahmud kəndindən keçərkən hücuma məruz qalaraq qətlə yetirilir. Bu xəbərin yayılması ilə kilisələrdə toplaşan erməni qruplaşma üzvlərinin sayı daha da artır . Ən maraqlı tərəfi isə budur ki, insanlar uzun illərdir sıx qonşuluq münasibətlərinə sahib olduqları ermənilərin belə vəhşiləcəyini güman etməzdilər , onları çaş-baş qoyanda məhz bu olmuşdur . Yazıçı , nənəm, Güllü Məmmədovanın “ Qan İçində İşıq” romanında erməni vəhşiliklərinə müqabil olaraq müsəlman xalq arasında ermənilərə qarşı yenə də bir ümid işartısının yer aldığı, daha doğrusu onların belə mənfur-terrorçu eyləmlərinə inana bilmədikləri dövrün psixi abu-havası ilə harmoniya şəklində təqdim olunur . Çünki ermənilər qədər dövrün rus idarə sistemi də böyük vəhşiliyə imza atır, ən məsum olanları isə qətliama göz yumurdu və Azərbaycanlılar necə şeytan bir düşmənlə qarşı-qarşıya olduqlarını hələ tam dərk etmirdilər. 8 may 1905-ci ildə İrəvan qubernatoru Baranovski , İrəvan şəhər qlavası Ağamalov və Cəfərquluxan Naxçıvanski ilə Naxçıvana daxil olurlar. Ertəsi günü camaat, xüsusilə də Cəhri sakinləri qubernatora şikayətə gedərək , kənd yollarının mütləq əksəriyyətinin erməni silahlılarının əlində olduğunu və bunun təhlükəsinə qarşı hökümət mühafizəsinə keçməsinin önəmindən bəhs edirlər. Təbikii ermənipərəst rus höküməti bu çağırışlara məhəl qoymur. Hətta 11 may gecəsində Baranovski özü şəxsən külli miqdarda bomba daşıyan ermənini zərərsizləşdirir və bunun ardından bölgədə erməni qaynaqlı olaraq böyük atışmalar olur . Müsəlman yenə şikayətə gəldikdə isə Baranovski bu cavabı verir , :” Onlar əgər sizə atəş açırsa, sizdə onların tapançalarını alın “ . Bu bilirsiniz nəyə bənzədi ? - ermənilərin Gəncədə türk F-16 larının olmasını bəhanə edərək , aidiyyatsız şəkildə yaşayış yerlərini qadağan olunmuş raketlərlə vurmasına . Ermənilər əksər terrorçu-qətliam qərarlarını kilisələrdə aldıqlarından müsəlmanların əvvəlcədən xəbər tutması mümkün olmurdu. Eyni zamanda ermənilər həm terrorçu təşkilatlanma yolu ilə hərbi təlimlər keçirdilər və beləcə odlu silahada rahatca yiyələnirdilər , həm də digər yandan rus hökümət qurumlarının susqunluğu ilə yanaşı kazak dəstələrinin də ermənilərə böyük canlı qüvvə yardımı göstərdiyi bilinməkdədir . Hətta müxbirlərin belə bir qeydi var ki, Naxçıvanda müsəlman dükanlarının əksəriyyət təşkil etdiyi bazar meydanının vəhşicə kazaklar tərəfindən alova verilməsinin ardından, 27-30 noyabr tarixlərində bölgədə yemək üçün heç bir ərzaq tapılmır. Naxçıvan hadisələrində ermənilərin qarşısının alınması İrəvandakı erməniləri daha da qəzəbləndirir , hətta erməni hücumlarına istinadən bazar-dükanların bağlanması İrəvanda ticarətində çöküşünə səbəb olur . Müxbir qeydlərində deyilir ki, 23 mayda bazar meydanında erməni iğtişaşlarından xəbərsiz olan müsəlman dükan sahibləri, qonşu erməni mağazalarının yiyəsiz olduğunu görüb onları da qoruyurmuşlar. 24 mayda hadisələr davam edir . Ən maraqlı tərəfi ermənilərdə o dövr şərtlərinə uyğun olaraq bu qədər müasir odlu silahın necə əldə edildiyi məsələsi idi. 24 may hadisələri nəticəsində 5 kişi ilə yanaşı, 4 qadın və 2 uşaqda vəhşicə qətlə yetirilir - yəni Xocalı kimi, yəni Gəncə terroru kimi. Naxçıvan və İrəvan hadisələri müsəlmanlarda milli birlik düşüncəsini oyadır ; bu arada türk və ya azərbaycanlı yerinə müsəlman deməyimin əsas səbəbi budur ki, müxbirlərin və müəllifin qeydlərinə əsasən erməni terroruna qarşı azərbaycanlılarla yanaşı , kürdlər , iranlılar və s.də birləşir. Amma yenə də ermənilərin daşnaksütyun kimi terror təcrübəsi və müsəlmanlardan fərqli olaraq beşatılan, mauzer tüfənglərinə sahib olması müsəlmanların daha çox itki verməsinə səbəb olur . Buna istinadən bugün üçündə aktual olan bir sual ünvanlayaq , ermənilərə bu qədər silah-sursatı kim verirdi?! Və 115 ildən sonra bugün bu sualı yeniləyək , ermənilərə bu qədər silah-sursatı kim verir ? ümumi dəyəri 2.5 milyon dollarlıq 300 ( 300 X 2.5 milyon) tankın sıradan çıxarılması və ən azı 220 milyon dollarlıq 6 S-300 ( 6 X 220 milyon) sisteminin məhvi belə erməni sabit bank rezervlərindən və hərbi büdcəsindən daha böyük bir məbləğdir . Ermənilər 115 il öncə kilisələrdə qətliam qərarları alırdılar, bugün isə uşaq bağçalarında , mədəniyyət ocaqlarında , dini obyektlərdə hərbi müşavirələr keçirirlər . Kilisə zənginin sədaları altında edilən dualar Gəncəyə atılan o roketin qətliam-qırğın hayqırışları altında neçə qat əzildi görəsən? Ermənilər bugün Qarabağ müharibəsini din savaşına çevirmək istəyirlər , hətta şəxsi qənaətim budur ki , qərbdə İslama qarşı bu qədər təhqirin eşzamanlı şəkildə həyata keçirilməsi sırf erməni lobbisinin fəaliyyətinin məhsuludur . Xristian amilindən istifadə edə bilmədiklərini başa düşdükdə bu dəfə dinin özünü hədəfə aldılar . Onsuz da tarix boyu heç bir dinə bağlılıqları və hörmətləri olmayıb. Erməni milləti məhz bu səbəbdən də dünyanın ən tühlükəli millətidir , çünki itirəcək heç nəyə sahib deyillər! 1905 -31 iyunda Gözəcik kəndinə hücum etdikləri zaman kənddəki məscidin minarələrini belə dağıdırlar. Hətta müsəlmanların yaşadığı Uşu kəndinə hücuma keçməzdən əvvəl erməni keşişi əlində xaç ilə piyada firqələrinin arasında gəzərək onları qətliama ruhlandırır və bir növü daha çox qan axıdılması üçün vicdanlarına su sərpir. Bir neçə gün əvvəldə erməni keşiş əlində avtomat ilə şəkil paylaşmışdı - yəni dəyişən bir şey yoxdu . Dinə olan hörmətsizliklərinə daha bir fakt budur ki, 9 iyunda Təkyə kəndinə hücum edən ermənilər kəndin axundunun evini qarət edən zaman 200 cild Quran və bir çox dini kitabı yandırırlar. Qazi xidmətçisi deyirki ermənilər müqəddəs kitabı süngüyə keçirib yandırırdılar. Eyni zamanda məscid divarları dəlmə-deşik edilir ; yenə də görünür ki 1905-dən 2020-ə dəyişən bir şey yoxdur . Erməni raket qəlpələrinin Gəncədə dini məkanları zədələməsi, Qarabağ məscidlərində donuz saxlanması və s. eyni ağılsızlığın tarixi nəticəsidir. Erməni qətliamları 13 iyun 1905-dən etibarən Cəbrayıl-Qaryagin bölgəsində də baş verir . Ümumiyyətlə erməni terror qruplaşmalarının Qarabağ bölgəsində bir neçə strateji bölgəsi var idi ki, bir növü qərargah kimi istifadə edirdilər . Bunların arasında ordumuz tərəfindən 16 oktyabr tarixində azad edilən Ağbulaq kəndi və olduqca strateji önəmi olan Xırmancıq kəndi mühümdür. Xırmancıqdan istehkam kimi istifadə edən ermənilər burdan Arış kəndinə doğru yol cızmaq , əgər müsəlmanlar onları geri püskürdərsə isə təkrar Xırmancığa doğru qaçmağı planlaşdırırdılar. Bu arada Füzuli rayonunun Arış kəndi də 15 oktyabrda işğaldan azad edildi. Ermənilərin hücumu Cəbrayılın Qışlaq və Məzrə kəndlərinə də olur . Qışlaq kəndi- 9 oktyabrda , Məzrə isə 5 oktyabrda azad edilir. Erməni qırğınlarının tarixi şahidlərindən biri də Şuşa şəhəri olur . Hətta 18 avqust Şuşada “Qanlı gün” olaraq qeyd edilir. Qubernator Baranovski 19 avqustda Şuşada , məscidin həyətində nitq söyləyərək hər iki xalqı sülhə , əmin-amanlığa səsləyir . Bu çağırışın ardından bəs nə olur? Müsəlmanlar inanaraq silahı yerə qoyur , ermənilərsə hətta qubernatorun özünü belə atəşə tutur . Zəngəzur bölgəsi də bu qırğınlardan kənar qalmır . Ermənilər Qarabağ bölgəsində məğlub olduqdan sonra yerdə qalan qüvvələrini bərpa edərək İrəvan və Naxçıvan arasında yerləşən müsəlman kəndləri dağıtmaq , beləcə həmin ərazilərdə möhkəmlənmək istəyirlər . Bu məqsədlə Barabatum və Çəkədək kəndlərində böyük qruplaşmalar yaradırlar, ilk hədəflərdən biri isə mis mədənlərilə zəngin Qatar kəndi olur. Qatar kəndindən əvvəl isə Qafan dərəsindən toplanan erməni dəstələri müsəlman kəndlərə hücum edərək bazar meydanlarını yandırırlar. Böyük qırğınlardan biri Karxana kəndində gerçəkləşir . Karxana camaatı daha kasıb müsəlmanların yaşadığı yer olduğundan odlu silahın adı belə yox idi. Hətta bu kənddə Xocalıdakına bənzər bir hadisədə gerçəkləşir ; beləki Karxana kəndindəki qırğınlardan qaçan 30-a yaxın qadın , uşaq və yaşlı - kəndin kənar bölgələrində gizlənsələrdə , Firuzə adlı qadının südəmər körpəsinin ağlamaq səsini eşidən ermənilər onları taparaq amansızca qətlə yetirirlər . Karxana facisəni eşidən müsəlmanlar , qırğınlardan xilas olmaq üçün Lov, Xələc, Saldaşlı, İncəvar, Daşnov kəndlərini əvvəlcədən boşaldırlar və Qatar kəndinə sığınırlar. 1 avqustda Qatar kəndi hər tərəfdən mühasirəyə alınır. Ümumən bu kəndin dörd bir yanı ermənilərin üstünlük təşkil etdiyi kəndlər olduğundan , müəllifin də qeyd etdiyi kimi əlinə silah alan hər erməni sadəcə 10 dəqiqə uzaqlıqda idi. Qatar faciəsində iranlılarında böyük xainlikləri olur , beləcə bu faciədə ermənilər kazaklar və iranlıların yardımı ilə azərbaycanlılara qarşı qətliam törədirlər. Kazakların ermənilərə böyük yardımlarından biri bu olduki, müsəlmanları döyüşlərdən və cinayət törətməkdən çəkindirmək məqsədilə silahsızlaşmalarını həyata keçirmiş, eyni zamanda uyezd və naçalniklərdə mənfur vecsizlik nümunəsi göstərmişlər . Hətta hadisə yerindən qeyd götürən müxbirin yazısında belə bir iqtibas var ki , müsəlmanların ölümünə yüksəklikdən durbinlə şahidlik edən Qatar kənd pristavı , erməni vəhşiliklərini gözəl strateji həmlə olaraq dəyərləndirir . Son olaraq bir məsələni də qeyd edim ki , bizim bir çox yazıçılarımızın haqlı şəkildə tənqid etdiyi kimi müsəlmanın hədsiz avamlığı bu məsələdə də az-çox rol oynadı. Hətta kəndlərdə qırğınların əsas səbəblərindən biri bu oldu ki, özlərini islam qoşunu olaraq təqdim edən ermənilər , dilində kəlmeyi-şəhadətlə kəndlərdə müsəlmanlar tərəfindən sevinclə qarşılanmış və ən gözləmədikləri anda qətliama imza atmışlardır . Sabir Rüstəmxanlının “ Difai Fədailəri “ əsərində də qeyd etdiyi kimi , onların texnologiyasına qarşı dərvişlərimizlə döyüşə bilmərik . Tarix təkrarlanır ! Xatırladıqların sadəcə sənindir və bu vəhşilikləri unutmaq olmaz ! Necə deyərlər , Keçmişindən ibrət almayan bir millət gələcəyini qura bilməz!
Qanlı Sənələr
Qanlı SənələrMəmməd Səid Ordubadi · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 201935 okunma
··
206 görüntüleme
Shahana okurunun profil resmi
Dünənlə bu günün əlaqəsinə diqqəti yönəldərək yazdığınız şərh də mükəmməldir👌🏻👏
Baho okurunun profil resmi
Təşəkkür edirəm🙏🏻
Shahana okurunun profil resmi
Düşmənimizin xisləti dəyişməyib, siz demişkən, 1905-də də, 1918-də də, 1991-93-də də və, nəhayət, 2020-də də erməni ermənidir. Bizsə sadəlövhcəsinə bunları unutmamalıyıq! Bosniya və Hersoqovinanın sabiq prezidenti Aliya İzzetbegoviç deyib:"...Unudulan soyqırımı təkrarlanır".
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.