Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Qanlı Sənələr

Məmməd Səid Ordubadi

Yorumlar ve İncelemeler

Tümünü Gör
192 syf.
9/10 puan verdi
·
Beğendi
·
23 günde okudu
Salam. Bu dəfə bir az gec olsa da, milli ədəbiyyatımızın məhsulu olan “Qanlı Sənələr” əsəri haqqında fikirlərimi bölüşmək istəyirəm. “Qanlı Sənələr” Məmməd Səid Ordubadinin sayılan, seçilən əsərlərindən biridir. Mövzunun məğzi, erməni-müsəlman münasibətlərinin dəhşətli tərəfləri, onların törətdikləri ağır cinayətlərdir, hansı ki tarixi faktlara əsaslanaraq yazılıb. Hətta kitab bir müddət qadağan belə olunmuşdur. 1905-ci ildə baş vermiş erməni-müsəlman qırğını tarixin qanlı səhifələrinə həkk olunub. Bu əsərdə onlar Qafqazda yaşayan müsəlmanlar arasında parçalanma salmağa çalışıblar və bundan ötrü inanılmaz dəhşətlər, cinayətlər törədiblər. Məmməd Səid Ordubadi bu əsəri ərsəyə gətirmək üçün hadisələrin canlı şahidlərindən aldığı məktublardan, faktlardan istifadə etmişdir. Hər şeyi olduğu kimi sübutlarla qələmə alan yazıçı qeyd edir ki, şəhərlər, rayonlar yandırılır, talan edilir, insanlar öldürülür və bu fəlakətlərə yuxarı qurumlar səsini çıxartmır. O, Dəhşətli Bakı qırğınını, Gəncə hadisələrini, Şuşa dəhşətlərini və bir çox şəhərlərdə törədilən cinayətləri təfsilatı ilə oxucuya çatdırmağa çalışıb. Bütün bunları oxuduqca yaxın keçmişdə baş verən Gəncə, Bərdə hadisələri gözümdə canlandı. Onların çirkin məqsədlərinin hüdudlarının dəyişmədiyinə bir daha şahid oldum. Mütləq oxunulacaq kitablardandır. Oxuyun və unutmayın! Xoş oxumalar
Qanlı Sənələr
Qanlı SənələrMəmməd Səid Ordubadi · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 201935 okunma
Reklam
192 syf.
·
Puan vermedi
1905-6 erməni - müsəlman davasından bəhs edən kitabı yazıçı 1908-də yazıb bitirir. Bitirdikdən sonra “Tazə Həyat” qəzeti vasitəsilə xalqa müraciət edilir və Bakı milyonçusu olan Murtuza Muxtarovun maliyyə dəstəyi hesabına 1911-ci ildə Haşım Bəy Vəzirovun “ Səda” mətbəəsində ilk dəfə ərəb əlifbası ilə nəşr olunur . Kitab 1905-1906-da baş verən
Qanlı Sənələr
Qanlı SənələrMəmməd Səid Ordubadi · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 201935 okunma
192 syf.
5/10 puan verdi
Məhəmməd Səid Ordubadi-Qanli səhnələr Kitab 1905-1906-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlari açıq aşkar bizlərə göstərir. Yüz ildən çoxdur ki biz ermənilərlə hələdə bu vəziyyətdəyik. Dinc,əlisilahsiz əhaliyə qarşı görünməmiş müsibətlər etmişlər. Doğma yurdlarından didərgin salınmışlar. Üstünə üstünlük hal hazırda da
Qanlı Sənələr
Qanlı SənələrMəmməd Səid Ordubadi · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 201935 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.