Məmməd Səid Ordubadi

Qılınc və Qələm yazarı
Yazar
9.1/10
68 Kişi
407
Okunma
34
Beğeni
4.208
Görüntülenme

Hakkında

Ordubadi ədəbi yaradıcılığa 14–15 yaşlarından başlamışdır. Müəllimləri Mirzə Baxşı və Sidqi onda şeirə, yaradıcılığa olan meyil və həvəsi daha da gücləndirmişdi. Bu barədə o öz xatirələrində deyir: "Mən şeir demək və yazıçı olmağa heç də həvəslənmirdim. Atamın yazdığı şeirlərin palçıq içərisinə atılması heç də yadımdan çıxmırdı. Bir çox zamanlar anam da buna mane olurdu. Çünki atamın şeir sənətindən nə kimi fəlakətlər çəkdiyi onun gözünün qabağında idi. Lakin məktəb və şeirləşmə işi özüm də hiss etmədiyim bir surətdə məni şeir yazmağa öyrətdi". Aşiqanə parçalardan ibarət olan ilk şeirlərini Ordubadi Azərbaycan və fars dillərində yazmışdır. Bu ilk şeirlərə nümunə kimi aşağıdakı parçanı göstərmək olar: Əzizim, hicri-qəmin aşiqə müsibət olur, O sərv qamətini kerməsəm qiyamət olur. Səfay-i-gülşənə çıxma, xəzanə görsənmə, O gül camalı qızıl gül görüb xəcalət olur. 1903-cü ildə "Şərqi-Rus" qəzetində Ordubadinin qəzetin nəşrə başlanmasını alqışlayan şeri çap olunur. Bu, şairin mətbuatda çıxan ilk əsəri idi. Şerinin dərc olunması onu ardıcıl olaraq dövri mətbuatda çıxış etməyə həvəsləndirir. Xüsusilə 1905-ci il inqalabından sonra mətbuat səhifələrində onun imzasına tez-tez rast gəlmək olur. İnqilabdan ruhlanan şairin yaradıcılığında yeni dövr başlayır. O, azadlığa, mütləqiyyət üsuli-idarəsi ilə mübarizəyə çağıran əsərlər yazır. Cəhalət və nadanlıq əleyhinə yazdığı "Ədəbiyyat" adlı ilk mətbu şeri Tbilisidə çıxan "Şərqi-Rus" qəzetinin 13 iyul 1903-cü il tarixli 31-ci sayında dərc olunmuşdur. 1906-cı ildə Tbilisidə "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şer kitabları çap edilmişdir. 1906-cı ilin aprelindən nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı gələcək ədibin yaradıcılıq inkişafına böyük təsir göstərmişdir. Ordubadinin "Politika aləmindən" adlı felyetonu jurnalın 2 iyun 1906-cı il tarixli 9-cu sayında çap edilmiş, beləliklə, o, jurnalın əsas əməkdaşlarından biri olmuşdur. O, Bakıda çıxan "İrşad", "Səda", "Sədayi-həqq", "Tərəqqi", "Tazə həyat" və s. qəzetlərdə, "Tuti", "Babayi-Əmir" jurnallarında da yaxından iştirak edirdi. 1906-cı ildə şairin "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şeir kitabçaları çapdan çıxır. Hər iki kitabda müəllifin maarifçi fikirləri öz əksini tapmışdır.
Tam adı:
Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi
Ünvan:
Azərbaycanlı nasir, Şair, Dramaturq, Jurnalist, Publisist və Tərcüməçi.
Doğum:
Ordubad, Naxçıvan, 24 Mart 1872
Ölüm:
Bakı, Azərbaycan, 1 Mayıs 1950

Okurlar

34 okur beğendi.
407 okur okudu.
20 okur okuyor.
142 okur okuyacak.
26 okur yarım bıraktı.

Okur demografisi

Kadın% 74.6
Erkek% 25.4
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş
Reklam

Alıntılar

Tümünü Gör
...Yüksəkliyi aşağılarda arayan adamlar özünü daima aşağılarda görməlidir...
Sayfa 165 - Şərq-Qərb nəşriyyatı·Kitabı okudu
İnsan ve Duygular
"Yüksəkliyi aşağılarda arayan adamlar özünü daima aşağılarda görməlidir"
Reklam
Reklam