Tariximizi bilək...
8/10
·761 syf.··
Beğendi
·
2021 67. kitabı
·
13 günde okudu
·
Okunma: 22 Ağustos 2021 15:39
Spoil ola bilər... Bu əsəri mənə tövsiyə etdiklərində tarixi əsərdir ağır olar falan deyə yükləsəm belə oxumadım. Avqust ayında bəlkədə artıq vaxtıdır deyə oxumağa qərar verdim çünki 1 il idi ki, gecikdirirdim.Və əsəri oxuduqdan sonra düşündüm ki,tarixçi üçün o qədərdə ağır bir əsər deyilmiş...Yəni olmamalı imiş... :)) Əsərdə Atabəylər dövlətinin Ərəb istilası dövründə çəkdiyi çətinlikdən bəhs edir. Ərəb xilafətinin verdiyi "qanunların" Şimali və Cənubi Azərbaycanda olan əhali üçün əmirlər tərəfindən daha da ağırlaşdırılması əhalinin var-yoxdan çıxmasına və müflisləşməsinə səbəb olurdu. Əsərdə baş obrazlar Əmir İnanc, Atabəy Məhəmməd, Qətibə xanım(Mələkə),Qızıl Arslan,Dahi şairlərimiz Nizami Gəncəvi və Məhsəti xanım,Hüsaməddin və Fəxrədddin qəhrəmanları və s.dir. Qətibə xanımın atası Əmir İnanc qızını sərkərdə Hüsaməddinə vəd etsə belə, Qəti xanım dövrün gözəlliklərini və çətinliklərini qələmə alan şair Nizamiyə aşiq olur.Təbii ki,Nizamini Nigar xanımı sevdiyi halda Qətibəyə rədd cavabı verir.Və bundan sonra Qətibə Atabəy Məhəmmədlə evlənərək Azərbaycanın dayağı olan Nizami və Fəxrəddinin öldürülməsini tələb edir.Bu tədbirlərin hamısı uğursuz olduqdan sonra nəticədə Atabəy Məhəmməd,Qızıl Arslan,Torğul Atabəy Qətibə tərəfindən öldürülür.Və əsərin 2ci hissəsində Qətibənin oğlu Qutluğ İnancla Atabəy Məhəmmədin Azərbaycan gözəli Gözəldən olan oğlanları arasında hakimiyyət üzərində mübahisə başlayır.Bu mübarizənin qalibi kim olur?Təbii ki,Azərbaycanı və Atabəylər dövlətinin ərazisini özünün mənfəəti üçün istifadə etməyən hökmdarlığa layiq olanlar. Tarixi roman olan Qılınc və Qələm əsəti tarixin qaranlıq səhifələrini daha düzgün anlamağımıza səbəb olur.Siz də mənim kimi hələ də bu əsəri təxirə salıb oxumursuzsa,məncə ehtiyac yoxdur. Tez bir zamanda oxumağa başlamalısız... Xoş mütaliələr...♡
Tarihi Roman
Qılınc və QələmMəmməd Səid Ordubadi · 2005282 okunma
·
384 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Spoiler ola bilər deyə incələməni oxumadım. Oxunmalı kitabdırmı?
Şəɱs Aƍ̆ɑzɑɗə
Gönderi Sahibi
Qadın böyük qüvvədir deyiləcək bir kitabdır
Çox gözəl əsərdir :)
Şəɱs Aƍ̆ɑzɑɗə
Gönderi Sahibi
😌😌