Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məmməd Səid Ordubadi

Məmməd Səid OrdubadiQılınc Ve Qelem yazarı
Yazar
9.1/10
68 Kişi
268
Okunma
26
Beğeni
2.444
Görüntülenme

Məmməd Səid Ordubadi Gönderileri

Məmməd Səid Ordubadi kitaplarını, Məmməd Səid Ordubadi sözleri ve alıntılarını, Məmməd Səid Ordubadi yazarlarını, Məmməd Səid Ordubadi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Dünyada elə adamlar vardır ki, onlar yalnız elmi söhbətlərdən mənəvi qidalar alırlar.
Sayfa 98
Bu qəbil insanlar - dünyaya gözü örtülü gəlib, gözü açıq yaşamaq istəyənlər, məncə, insanların ən diqqətlisi və sənətkarı olaraq, nə şair, nə yazıçı, nə tacir, nə pəhləvan və qəhrəmanlardır. Dünyanın ən məşhur adamları bizim bu varlığımızı həddzatında öyrənənlər, insanların düşüncə və zehinlərini avaraçılıqdan qurtara bilən və bəşəriyyətə həqiqi yolu göstərənlərdir.
Sayfa 98
Reklam
Bəzən həqiqi sevgilər ağıllı və tədbirli adamları belə tədbirsizliyə və ehtiyatsızlığa məcbur etməzmi?
Sayfa 96
Sevgini həmişəlik daşımaq iddiasında olanlar adətlə sevgiyə fərq qoymayanlardır. Çünki sevgi elə təhəmmül edilməyəcək bir şeydir ki, insan ancaq gəncliyin sərxoşluğu dövründə ona təhəmmül edə bilər.
İranda ruhaninin özü də mülkədardır...Dinin pərdəsi gözlərini elə qapamışdır ki, onlar torpaq məsələsini aralığa belə atmaq istəməz, çünki belə bir halda onlar təqlid etdikləri müctəhidin əleyhinə qalxmış olacaqlar.
Mazilərimiz bəşəriyyətin gəncliyi dəfn edilən bir məzardır. Orada oturub məhv olan gəncliyə ağlamaq günah deyil, lakin onunla yaşamaq sadəlikdir.
Sayfa 37
Reklam
Türki sifəti vəfayi mən nist Türkani sifət səzayi mən nist Çün həlqəyi şah yaft guşəm Əz dil bə dəmağ rəft cuşəm
Fəqir bəxtəvərəm,şairəm,zəbərdəstəm Cahan kiminsə qoy olsun,mən onda sərbəstəm Həqiqət əhliyəm,hər elmdən mübərrayam Əgər dağılsa bu dünya mən ayrı dünyayam(Nizami)
"Lakin biliksiz və siyasi düşüncəsi olmayan adamların silahı da qələbə qazana bilməz. Qəhrəmanlıq yalnız silah deyil, bilik də tələb edir."
Sayfa 21
Kədərləri və qəmləri ayağın altına alıb yüksəlməli və oradan gələcəyə baxmalısan.
Sayfa 560 - NizamiKitabı okudu
Reklam
Qüvvətli bir ordu idarə edə bilməyən bir məmləkəti, düşüncəli və şüurlu bir baş daha yaxşı idarə edə bilər.
Sayfa 554Kitabı okudu
Qəhrəmanlıq bir xalqın mədəni və siyasi səviyyəsinin qiymətli məhsuludur. Qəhrəmanlar yetişdirməyən bir xalq heç bir vaxt boynunu əcnəbi boyunduruğunun altından çıxara bilməz.
Dünyada canlı və cansız hər şey ölümə məhkumdur. Lakin bir xalqın tarixi və milli əzəməti çürüməz və məhvedilməz bir cavahirdir. Cavahir heç bir zaman çürüməz,o, torpağın altında da , üstündə də olsa cavahirdir.
Lakin sevgi məsələsi də qəlbdən silinəcək bir məsələ deyil. Dünyada hər şeyi yumaq mümkündür, lakin eşqi yumaq, ürəkdən təmizləmək olmaz
510 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.