·96 syf.··Beğendi
···Okunma: 27 Ekim 2020 20:33 İnsanların nəzərində böcəyə dönmək üçün fiziki bir metamorfoz mütləq deyildi. Kafka da tam olaraq bunu izah etmək istəyirdi. Sizdən gözlədikləri təmənna ilə təmin edə bilmədiyiniz insanlar üçün hər gün bir az daha böcəkləşirdiniz. Gregor Samsa kimi. Ali varlıq olan insan bir anın içində həm özünün, həm də digər insanların nəzərində dərin, mənəvi metamorfoza uğraya bilər. Amma bizim Gregordan bir fərqimiz var. O bunun fərqinə varıb, yuxudan oyanıb, agah olmuşdu öz halına və başqalarının əhvalına. Amma biz hələ də oyanmağı gözləyən bir Samsa'yıq, adını 'həyat', 'yaşamaq' qoyduğumuz yuxularımızda.