Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

240 syf.
8/10 puan verdi
·
14 günde okudu
"Allah kimi xoşbəxt yaradıbsa, oxuyub anlayar, çünki burada yazılanların hamısı hər iki dünyanın xoşbəxtləri üçün yazılıbdır..." (Son cümlə) . "Qabusnamə" kitabı Gilanda hökmranlıq edən Ziyarilər xanədanının nümayəndəsi Keykavus ibn İskəndər ibn Qabus ibn Vəşmgir ibn Ziyar tərəfindən oğlu Gilanşaha nəsihət toplusu olaraq yazılıb(XI əsr). Keykavus 44 fəsildə müxtəlif mövzular barədə öz fikirlərini və yaşadığı təcrübələri bölüşür, yeri gəldikdə isə bununla əlaqədar maraqlı əhvalatlar danışır. . Əksər fəsillər çox maraqlı, aydın olmaqla yanaşı, həm də günümüzçün də aktualdır. Lakin bəziləri həm bir az qarışıq("Şairlik qaydaları haqqında" və s.), həm də bu günə xas olmayan mövzulardan ibarət idi("Qul almaq və onların şərtləri haqqında"). Bütün bunlara baxmayaraq oxumağa dəyər. Xoş mütaliələr :)
Qabusnamə
QabusnaməKeykavus · Azərbaycan Dövlət Nəşriyyatı · 1989179 okunma
·
197 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.