Gönderi

408 syf.
9/10 puan verdi
Sevgini çoxda romantikaya girmədən( belə desək vıcıxlaşdırmadan), lakin bütün hissləri gözəl ifadə edərək anladan bir eşq kitabı idi. Bir çoxlarına görə çox sıxıcı bir kitabdır. İlk başlarda mənə də elə gəlirdi. Kitab ilk başlayan zaman hadisələr o qədər sakit cərəyan edir ki, istər istəməz sıxıcı gəlir kitab. Ancaq kitaba davam elədikcə sevdim. Kitab daha çox "evlilikdən başqa dərdiniz yoxdu sizin?" dedirtən kitab kimi gəlir, lakin mənə görə diqqətlə oxunarsa daha çox şey öyrənmək olar. Kitab da sevmədiyim qızların evlilikdən başqa xəyalları olmaması. Hər qızın bir idealı, məqsədi olmalıdır. Evlənmək, həyat yoldaşı olmaq, ana olmaq- bütün bunlar əlbəttə vacib məsələlərdir, lakin bir ideal, məqsəd deyil. Atadan mirasın qızlara qalmaması, oğlan övladının vacibliyi, oğlun yoxsa bütün mirasın qohumlardan olan bir oğlana veriləcək olması- bunlar o dönəmdəki qadın haqqının olmamasını göstərir. Kitab da kişi obrazları içərisində ən sevdiyim Mister Darsi oldu. Kollinz obrazını isə heç sevmədim-_- Qadınlarından isə Missis Bennet və Lidiya obrazından iyrəndim. Ceyn isə hər zaman öz sakit təbiətini qoruyan bir obraz. Əsas obraz Elizabet isə özümə yaxın bildiyim və ən sevdiyim qız obrazlardan oldu. Romanda olan hər obraz real həyatımızda qarşılaşdığımız, var olan xarakterlərdir. Məncə hər kəsin bir şans verməli olduğu kitablardandır. İndidən oxuyan hər kəsə xoş mütaliələr :)
Qürur və Qərəz
Qürur və QərəzJane Austen · Qanun nəşriyyatı · 077k okunma
·
136 views
Bu yorum görüntülenemiyor
Könül okurunun profil resmi
Pdf?
şəhanə okurunun profil resmi
Kitab formasında oxudum
1 next answer
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.