Gönderi

163 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 25 hours
2020 fəsadlarla dolu il kimi tarixə keçsə də, mənimçün yeniliklərlə zəngin il olmaqda davam edir :).İllər əvvəl Oxuduğum bəzi kitablara yenidən şans verdim.Onları səhv zamanda oxuduğuma görə bir növ tələf etdiyimin fərqində oldum.Müəyyən hislər var ki, onları yaşamadan kitabı oxuyanda sənə heçbir məna kəsb etmir.Nə qədər “empati” etməyə çalışsanda yaşanmışlıq olmadan anlamaq qeyri-mümkündür.6-7 il əvvəl “Kürk Mantolu Madonna” əsərini oxuduqdan sonra “şişirdilmiş” əsər olduğunu düşünürdüm.Lakin bugün bu əsər məndə unudulmaz izlər saxladı desəm yeridir. Raif əfəndi... Tanış olduğum ən incə ,naif kişi obrazdır. Uzaqdan səssiz,özünə qapalı insan kimi görsənsə də , içində tufanlar qopan bu obrazda yəqin ki, mənim kimi, bir çoxları özündən izlər tapıb.Biraz addım atmağa cəsarəti atsaydı həqiqəti öyrənmək üçün bu qədər gecikməzdi.Həyatını belə sonlandırmazdı. Maria Puder...İlk oxuduğum zaman xarakterini anlamaqda çətinlik çəksəm də, bugün Marianın hər hərəkətini,hər sözünü ən incə nöqtəsinə qədər anladım və etdiklərinə haqq verdim.Qorxmaz ,cəsarətli kimi görsənsə də, əslində daxilində sevilməyi gözləyən kiçik bir uşaq gizlətmişdi. Fərqli görsənən ikili necə bir-birini tamamlayırmış.Mütləq ki, bu ikiliylə yolum yenidən kəsişəcək,yəqin ki, o zaman da daha fərqli hislər yaşayacam.
Kürk Mantolu Madonna
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2021317.4k okunma
·
27 views
Kamran İsazade okurunun profil resmi
Ətraflı məlumat üçün təşəkkür edirəm 😊. Əlavə olaraq spoiler üçün də minnətdaram 😂.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.