Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

448 syf.
10/10 puan verdi
·
4 saatte okudu
Cioran
Əsərdə Cioranın həyatı haqqında çox maraqlı məlumatlar mövcuddur. Ilinca Zarifopol-Johnstonun bu kitabı hər nə qədər bioqrafik adlansa da, əsərdə məlumatların nəql şəkli bizə romanı xatırladır. Kitabı oxuyarkən insanda Cioranla bağlı roman oxuyurmuş kimi bir təəssürat yaranır. Əsər iki hissəyə ayrılır: ilk hissədə Cioranın Ruminyada yaşadığı dönəmdə yazdığı əsərlərdən və düşüncələrindən bəhs edilir, ikinci hissə isə müəllifin bu bioqrafiyanı necə yazmasından və Cioranla olan xatirələrindən bəhs edir. İkinci hissədə Ruminyanın tarixinə və ədəbi mühitinə də geniş yer verilir. Ümumilikdə əsər Cioran haqqında ən möhtəşəm tədqiqatdır deyə düşünürəm. Müəllifin özünün də çox yaxşı yazı qabiliyyəti olduğu üçün əsəri oxuduğunuz zaman qətiyyən sıxılmırsınız, tam əksinə kitab hər səhifəsində sizə zövq verir. Təbii ki bu zövqün dərəcəsi də Ciorana olan sevginizə görə dəyişə bilir. Möhtəşəm tərcüməyə görə Ümid Gurbanova çox-çox təşəkkürlər! Bu kitabın Cioransevərlər üçün qiyməti yoxdur! Oxumağa şübhə edənlər varsa məncə bir qram şübhə duymayın, ilk fürsətdə kitabı əldə edib oxuyun. Nə qədər tez oxusanız peşmançılığınız da bir o qədər az olar.
Cioran'ın İzinde
Cioran'ın İzindeIlinca Zarifopol Johnston · Ketebe Yayınevi · 202014 okunma
·
160 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.