Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

224 syf.
8/10 puan verdi
·
6 günde okudu
"Yeni bir roman haqqında düşünəndə mütləq Auschwitzi düşünürəm" Kerteszin Auschwitz və Buchenwaldda yaşadığı və şahidi olduğu hadisələri yazdığı ilk romanıdır. Bu roman bildungsroman tərzində olan ilk 3 romanından (digər ikisi Fiyasko, Doğmayacak çoçuk için dua) biridir. Romanda yaşanmış olan və şahid olunan hadisələrin fəlsəfi-sosioloji baxımdan dəyərləndirilməsi aparılır. Yazarı maraqlandıran əsas sual, yəhudi soyqırımının necə baş verdiyi deyil, niyə baş verdiyidir. Auschwitzi və soyqırımı "marjinal" mövzu olmaqdan çıxararaq onu "bəşəri" bir problem olaraq göstərməyə çalışır. Oxucuya "cəmiyyət özünü fərdin məhvi üzərində qurur?" sualını verir. Modernlik və ya müasirlik praktikası bərabərsizlikləri, ayrı-seçicilik və sosial problemləri özü ilə gətirir və insan təbiətinə zidd olan ictimai münasibətlər yaradır. Kerteszin yazmaqdakı əsas məqsədi şəxsiyyəti ilə bağlı varlıq mübarizəsidir. Şəxsiyyətin qurulmasında fərdin öz iradəsinin gücünə inanır və bunun qarşısını dayanan hər hansı bir düşüncə və mexanizmə də qarşı durur. Romanda real həyatda faktlarla nəzəriyyələrin ziddiyyətli olduğunu göstərməyə çalışır. Ona görə də yaşadıqlarımız çox vaxt bizi "biz" olmaqdan məhrum edir. Yəhudi kimliyinin sosial yaralarını tez-tez vurğulayan Kertesz, anlayışların, sözlərin, cümlələrin bu kimi soyqırımları ifadə etməkdə necə də aciz olduğuna diqqət çəkir. Biz də Xocalıda soyqırıma məruz qalan bir cəmiyyət olaraq ordakı hadisələrə yeni bir baxış bucağı qazandırmalıyıq. Paris Review-a verdiyi müsahibədə "Kitabı 60-70-ci illərdə yazmısınız, ancaq soyqırımdan bəhs edirsiniz. Romanı ərsəyə gətirməyinizdə hansı tarixi epizod daha təsirli olub?" sualını "Bəli, romanın hamısını kommunist dövründə yazmışam. Nə yazacağım barədə heç bir fikrim yox idi, amma əvvəlcə bir dil, üslub və nəhayət bir mövzu yaratmaqda çətinlik çəkdim. Müəyyən bir varlığı, totalitar bir sistemdə yaşaması təcrübəsini araşdırmaq istədim. Ancaq düşüncəmdə bunu üslub olaraq necə ifadə edəcəyim aydın deyildi. Düşündüyümdən kifayət qədər güclü və fərqli bir dil yaratmaq lazım idi. Romanın adının yaratdığı bir çox mənaya daha birini əlavə etməklə kifayətlənmək istəmirdim. Üstəlik, artıq totalitar dövrdə yaşayan hər kəsin müvəffəq, qazanclı bir yazıçı olmaqda çətinlik çəkəcəyini hiss edirdim." deyərək cavablayır.
Kadersizlik
KadersizlikImre Kertesz · Can Yayınları · 2003518 okunma
·
307 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.