Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

400 syf.
·
Puan vermedi
·
Beğendi
·
7 günde okudu
QADIN - yenicə doğduğu körpəsini əlləri ilə suda boğmağa məcbur qalan, 3 il-4 il kişi tumanı geyinmək məcburiyyətində olan, çəkisi 40 kilo ikən 80 kiloluq yaralı əsgəri güllə yağışından sürüyərək çıxardan, tibbi bintlərdən özünə gəlinlik donu hazırlayan, illərlə bioloji dövriyyəsi dayanan qadın.. Bu kitabı müharibə ərəfəsində oxumaq mənə son dərəcə ağrılı təsir etdi. Hər səhifəsi, az qala hər sətri olduqca ağır irəliləyir. Kitabda müharibənin vəhşətini, vahiməsini, kədərini, qorxusunu iliklərinə kimi hiss edərək yaşayan İkinci Dünya Müharibəsinin "qəhrəman" döyüşçüləri - "qadın" döyüşçülərinin dilindən həyatlarına ömürlük iz salan acı xatirələri qeyd olunub. Onların 4 il sürən müharibədən sağ qayıtmaları xoşbəxtlik hesab olunur. Əslində isə onların xoşbəxtliyi çox-çox erkən sona yetmişdi. Hələ 16-17 yaşlarında ikən.. Gəncliyə hələ qədəm qoymamışkən.. Bir gecədə saçları ağaran 19 yaşlı qızcığaz düşünün.. O artıq yaşlı idi.. Kitabı oxuduğum müddət ərzində bir-iki gecə yuxularımı qarışdırdım, onlar hələ də yuxudan soyuq tər içində oyanırlar.. Oxuduqlarım günlərlə ağlımdan çıxmırdı, onlar isə müharibəni bir gün belə unutmayıblar. Üzərindən 40 il ötsə belə.. Onlar danışdı, mən isə dinlədim. Əmin oldum ki, müharibə nə kitablarda yazılanlar nə də filmlərdə çəkilənlər kimi deyil. Əsl müharibə bizim görmədiyimiz - pərdə arxası səhnələrdən ibarətdir. O pərdənin arxasında hər kəs əzab çəkir, hətta heyvanlar, quşlar, ağaclar belə.. Düşünürəm ki, yer üzündə minlərlə müsibətlər, insan faciələri, müharibələr baş verir. Lakin insanoğlu bir-birinin ətini yeməkdən, öldürməkdən, baş kəsməkdən, işgəncə verməkdən əl çəkmir. Nifrət hissi sevgini, mərhəməti üstələyir.. Elə kitabın son səhifələrində yazıldığı kimi: "Deyirdik ki, müharibədən sonra adamlar necə də xoşbəxt olacaq! Bu qədər əzabın, məşəqqətin içindən keçən adamlar bir-birinə hörmət edəcəklər, sevəcəklər. Ah mənim gözəl qızım... İnsanlar yenə əvvəlki kimi bir-birinə nifrət edir. Yenə öldürür. Bax, bunu başa düşə bilmirəm... Kimdir onlar? Biz... Bizik..."
Müharibənin Qadın Olmayan Üzü
Müharibənin Qadın Olmayan ÜzüSvetlana Aleksiyeviç · Qanun Nəşriyyatı · 20161,053 okunma
·
82 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.