Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

412 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Sağlığında "Sahil əməliyyatı", "Brilyant məsələsi", "Qara Volqa", "Şəhər yatarkən" adlı cəmi dörd kitabı çap olunub və bu əsərləri ilə, o, milli ədəbiyyatımızda dedektiv üslubun yaradıcısı haqqını qazanıb. Bu kitabların içərisində ən çox axtarılanı, oxumağa köhnəlməyəni sirli oğru aləmindən, milisin oğrularla mübarizəsindən bəhs edən "Qara Volqa"dır. “Qara Volqa" romanı Azərbaycan detektiv ədəbiyyatının ilk və ən parlaq nümunələrindən biridir. Əslində bu əsər yazıçı Cəmşid Əmirovun bir müddət əvvəl yazdığı "Brilliant məsələsi" romanının davamıdır. Doğrudur, kitablarda baş verən hadisələr müxtəlifdir. Ancaq cinayətkar qruplara qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələri, təxminən eyni adamlardır. Onu da deyim ki, sovet dövründə bu kitab çapından az sonra qadağan olunub, kitabxanalardan, evlərdən yığışdırılıb. Guya kitab cinayətlərin, oğurluq hallarının artmasına təkan verirmiş. Nəhayət, müstəqillik dövründən sonra "Qara Volqa" yenidən kütləvi şəkildə oxucuların ixtiyarına verilib. 1994-cü ildə onun əsəri əsasında "Qara Volqa" filmi ekranlaşdırılıb. Filmin məsləhətçisi Cəmşid Əmirovun oğlu Çingiz Əmirov olub.
Qara Volqa
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993251 okunma
·
171 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.