Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

256 syf.
8/10 puan verdi
·
7 günde okudu
Baudrillard fərd, fərdin tələbatları, ehtiyacları, fərdin yaşamına təsir göstərən amillər, istehlak (tükətim), kütləvi informasiya vasitələri (KİV), reklam, süni intellekt, modernizm, postmodernizm, simulyasiya, manipulyasiya kimi konsepsiyaları nəzərdən keçirir. Texnologiyanın fərdlərin həyatındakı rolu və yansımaları bütün bunların əsl dəyərinin nə olduğunu ortaya çıxarır. Yaşadığımız dövrün sosial şərtlərinə və iqtisadi tərəflərinə baxdığımızda çox şeyin günü-gündən daha da süni olduğunun fərqinə varırıq. İstehlak davamlı şəkildə artır. Vacib olan ehtiyaclarla vacib olmayan ehtiyaclar arasındakı və süni ehtiyaclarla real ehtiyaclar arasındakı fərqi müəyyən edən zaman, vizuallığın əsas olduğu və göstərişli olmağın çox böyük imic halını aldığı dövrdə insanlara gerçək ehtiyac kimi təklif edilən şeylər çox zaman əslində saxta və lazımsız şeylərdir. Bir çox məfhumun artıq mənasını itirdiyi, hətta yox olduğu da məlumdur. Buna görə də demək olar ki, hər yeni məfhum KİV-dən, sosial mediadan yaranır və ya onlara yeni mənalar əlavə olunur. Fərdlər texnoloji inkişafın gətirdiyi bu rahatlıq və konfortdan dolayı bütün bunları detallıca düşünüb üzərində dayanmır. Baudrillard, normal alış-verişdən göstərişli tükətməyə, bədənin formalaşmasından cinsəlliyə, brendlərdən, reklamlardan, modadan idman və istirahətə qədər insanların davranışlarını nəzərdən keçirir. Brendlər insanlar üçün ictimai status halına çevrilir. Fərdlər istifadə etdikləri ilə bir şəxsiyyət formalaşdırmağa çalışırlar. Beləliklə də ən təbii insani ehtiyaclar belə təklif iqtisadiyyatını formalaşdırmaq üçün istismar edilir. İnsanlar zamanlarının çox hissəsini sosial media platformalarında keçirir və əslində ən dəyərli olan zamanı bu şəkildə sərf edirlər. Baudrillard hesab edir ki, texnoloji cihazlar vasitəsilə istehlak səbəbindən realist və qarşılıqlı münasibətlər dünyası sürətlə itir və bunun əvəzinə süni münasibətlər sistemi yaranır.
Tüketim Toplumu
Tüketim ToplumuJean Baudrillard · Ayrıntı Yayınları · 2021972 okunma
·
228 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.